“FİNCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı MASALLI FİLİALI üçün XADİMƏ vəzifəsinə işçi axtarışı elan edir.
Əsas Öhdəliklər
• FİNCA mülkiyyətinin qayğısına qalmaq;
• Gündəlik təmizlik və sanitariya işlərinin yerinə yetirilməsi;
• Mebel və avadanlıqların tozunun alınması, döşəmənin süpürülüb-silinməsi, qapı və pəncərələrin silinməsi və s.;
• İş yerində təmizliyin tələb olunan standartlara cavab verməsini təmin etmək;
• Aidiyyatı menecer tərəfindən verilmiş təmizlik işlərinə aid digər tapşırıqları yerinə yetirmək
Tələb olunan bilik və bacarıqlar
• Qeyd olunan vəzifədə ən azı 1 illik iş təcrübəsi;
• Dürüstlük, təmizkarlıq, ciddilik və məsuliyyətlilik;
• Kollektivdə işləmək və ünsiyyət qura bilmə bacarığı;
• Gigiyena qaydalarından xəbərdar olmaq;
• Aktiv və enerjili.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 16 aprel 2021-ci il tarixdən gec olmamaq şərtilə [email protected] electron ünvanına Subject/Mövzu hissəsində Xadimə (Masallı filialı) qeyd etməklə göndərə bilərsiniz.
QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.