“Ziraat Bank Azərbaycan” ASC İnformasiya Texnologiyaları Departamentinə Biznes analitik vəzifəsinə işə dəvət edir
Vəzifəyə olan tələblər:
• İnformasiya Texnologiyaları və ya oxşar ixtisas üzrə Bakalavr dərəcəsində ali təhsil;
• Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
• Bank sektorunda minimum 3 il iş təcrübəsi;
• IT analitik, Biznes analitik və ya oxşar sahədə iş təcrübəsi;
• Komandada işləmək, individual qərarlar ala bilmək və stres altında işləyə bilmək bacarığı;
• Biznesin tələblərini anlamaq;
• Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq;
• Proqram təminatının təmin olunması prosesi haqqında biliklər;
• Rus və İngilis dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər;
• SQL, PL/SQL üzrə biliklər;
• Funksional spesifikasiyanın yazılması və yaradılması;
• Problem həll etmə bacarığı və analitik təfəkkür.
Əsas vəzifələr:
• Texniki tapşırıqların IT və digər əməkdaşlar ilə müzakirə edilməsi;
• Tələblərin izlənilməsi;
• Digər departamentin əməkdaşları üçün ilkin testlərin aparılması;
• İnternet Bankçılıqda yeniliklərin tətbiq olunması;
• Biznes tələblərinə görə hesabatların hazırlanması;
• Yeni funksionallığın test olunması və tətbiq olunması;
• Daxili bank sistemində lazımi konfiqurasiyaların aparılması;
• Daim yeni texnologiyalar haqqında biliklərə sahib olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Aprel ayının 30-dək [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Biznes analitik” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.