Show

19 Mart

“PAŞA Sığorta” işçi axtarır – VAKANSİYA

“PAŞA Sığorta” ASC namizədləri Ekspertiza şöbəsinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinə nəzarətin təmin edilməsi;
• Sığorta hadisələri barədə gündəlik məlumatların əldə edilməsi və prosesin tənzimlənməsi;
• İcraatda olan işlərə ümumi nəzarətin həyata keçirilməsi;
• Sığorta ödənişlərinə nəzarət edilməsi və əsassız xərclərin qarşısının alınması;
• Departament əməkdaşlarının şöbələr arası qarşılıqlı əməkdaşlığının təşkil edilməsi;
• Sığorta iddialarının tənzimlənməsi prosesinin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması;
• Əmlaka dəyən zərərin qiymətləndirilməsinə aid sənədlərin kənar strukturlardan (avtoservislərdən, qiymətləndiricilərədən) əldə edilməsi;
• Təmir işlərinə ümumi nəzarətin həyata keçirilməsi və təmirin keyfiyyətli olmasının təşkil edilməsinə nəzarət;
• Sığorta dələduzluğu faktı aşkarlandığı təqdirdə məlumatın birbaşa departament rəhbərinə və müvafiq departamentin əməkdaşlarına ötürülməsi;
• Şöbə əməkdaşlarının icraatında olan işlərə ümumi nəzarətin həyata keçirilməsi;
• Şöbə əməkdaşlarının işlərinin qiymətləndirilməsi prosesində iştirak etmək;
• Şöbənin ümumi işində nöqsanların aradan qaldırılmasına cavabdehlik daşımaq;
• Sığorta hadisəsi nəticəsində əmlaka dəyən ziyanın müəyyənləşdirilməsi, hissələrin siyahısını tərtib edilməsi, avtoservislərin təqdim etdiyi qiymətlərin orta bazar qiymətlərinə uyğunluğuna nəzarət və avtoservislərlə qiymətlərin razılaşdırılması;
• Yekun zərərin təyin edilməsi və məlumatı departamentin müvafiq əməkdaşına ötürülməsi;
• Sığortaçının, müştərilərin və avtoservislərin xeyrinə əsassız xərclərin qarşısının alınması, sığorta dələduzluğunun aşkarlanıb ifşa olunmasının təşkilinə nəzarət;
• Zərərə məruz qalmış əmlakın təmiri prosesində əvəz olunmuş ehtiyat hissələrinin saxlanılmasını və ya utilizasiya olunması təşkil edilməsinə nəzarət;
• Sığorta hadisəsi nəticəsində əmlaka dəyən ziyanın müəyyənləşdirilməsi üçün üçüncü müstəqil tərəfin iştirakının vacib olması təqdirdə, bunun təmin edilməsinə nəzarət;
• Birbaşa rəhbərin digər tapşırıqlarınının yerinə yetirilməsi.

BİLİKLƏR

• Ali təhsil;
• Kompüter bilikləri: Microsoft Excel və Word təminat proqramları üzrə biliklərin olması;
• Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst istifadə etmə bacarığı, ingilis dilinin işlək səviyyədə olması;
• Mövcud qanunvericilikləri bilmək, Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik.

TƏCRÜBƏ

• Sığorta şirkətində iddiaların tənzimlənməsi sahəsində minimum 3 il iş təcrübəsi, həmçinin müştərilər ilə minimum 3 il iş təcrübəsi.

BACARIQLAR

• Ünsiyyət qurmaq bacarığı;
• Problemlərin həlli bacarığı;
• Komanda ilə işləmək bacarığı;
• Liderlik;
• Müştərilərlə iş üsulları biliyi.

Son müraciət tarixi: 19 aprel, 2021-ci il

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.