Show

18 Mart

“Mətanət A” işçi axtarır – VAKANSİYA

Mətanət A” şirkəti “Merçendayzer” vakansiyasını elan edir.

            Vəzifə öhdəlikləri:

  • Şirkətin məhsullarının təyin edilmiş plan üzrə istifadə tarixlərini, rəflərin səliqəsini və əlaqədar digər məsələləri nəzarətdə saxlamaq,
  • Müvafiq məlumatları vaxtında rəhbərliyə vermək;
  • Ticarət obyektlərində reklam fəaliyyətinin təşkil edilməsi;
  • Müəyyənləşdirilən qaydada mal düzülüşünə nəzarət etmək;
  • Ticarət obyektlərinin stend və dükanüstü reklamların təminatını həyata keçirmək;
  • Məhsulların ticarət nöqtələrində şirkətin təyin edilmiş standartlarına uyğun düzülüşünü təmin etmək;
  • Günlük plan üzrə ticarət nöqtələrinə ziyarəti həyata keçirmək.

           Əmək haqqı:

  • Razılaşma yolu ilə.

            İş vaxtı:

  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İstirahət: Şənbə və  bazar günü.

           Tələblər:

  • Təhsil: Ali təhsil (analoji sahə üzrə)
  • Yaş həddi: 22-40
  • Dillər: Azərbaycan və Rus dili;
  • Merçendayzinq üzrə ən azı 1 il iş təcrübəsi;
  • Kollektivdə işləmə bacarığı;
  • Təmkinlilik, etibarlılıq, özünəinamlılıq;
  • Səliqəli, təşkilatçı, operativ, bacarıqlı;
  • Şəxsi avtomobil olması mütləqdir;
  • Ezamiyyətə getmə imkanı;
  • Ofis proqramlarında işləmə bacarığı olmalı.

           İş şəraiti:

  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş qrafiki: 5 günlük;
  • Nahar şirkətdə verilir;
  • İş yeri: Xətai küçəsi 34 ünvanında yerləşən Luxen Plaza.

           Əlavə tələblər:

  • Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur;

          Qeyd:

  • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
  • Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
  • CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərin.