Show

17 Mart

"Nurgun Holding" işçi axtarır – VAKANSİYA

Nurgun Holding Dizayner vəzifəsinə işçi axtarır.

İş barəsində:

• Struktur rəhbərinin tapşırığı və verilmiş təlimatlar / informasiya əsasında dizayn işlərinin (banner, vinil, vizitka, buklet, flayer, kataloq, logolar, etiket yazıları və s.) vaxtında və keyfiyyətlə yerinə yetirmək;
• Ümumi reklam materiallarının hazırlanması və təhvil verilməsinə görə cavabdehlik daşımaq;
• Yeni layihələrinin tərtibində bilavasitə iştirak etmək və bu layihələrdə rəhbərliyin təkliflərini nəzərə almaq;
• Eskizləri tərtib etmək və onları təstiq etmək üçün rəhbərliyə təqdim etmək,
• Bölmə rəhbərinə dizayn sahəsi üzrə müvafiq məsləhətlər vermək və işin daha səmərəli yerinə yetirilməsi üçün təkliflər vermək;
• Dizayn sahəsi üzrə qabaqcıl təcrübəsinin öyrənilməsi və bu barədə rəhbərliyin məlumatlandırılmasını həyata keçirmək.

Tələblər:

• Ali təhsil;
• Dizayn proqramlarında - Adobe Photoshop, Adobe Illustrator, Adobe InDesign, Corel Draw sərbəst işləmə bacarığı (After Effects və Premiere biliyi arzuolunandır)
• Azərbaycan və rus dillərini mükəmməl bilməsi (ingilis dili üstünlükdür);
• Yaradıcı (kreativ) olmalı;
• Ciddi, məsuliyyətli, dəqiq, daim üzərində işləməli;
• Yaş həddi – 25-35 arası.

Uyğun namizədlər işə qəbul üçün şəkilli CV-ni və portfolionu [email protected] elektron poçt ünvanına mövzü yerinə “Dizayner” yazıb göndərə bilərlər.