Show

17 Mart

“GAZELLİ GROUP” işçi axtarır – VAKANSİYA

Şirkət:“GAZELLİ GROUP” MMC
Vəzifə: İnsan Resursları Departamentinin mütəxəssisi
Ünvan: Bakı şəh., Şüvəlan qəs., Almas Yıldırım küç., 4

İşin təsviri:

• İşçilərin seçimi, oriyentasiyası, adaptasiya və attestasiyasına nəzarət onların fəaliyyətin qiymətləndirilməsi, təkmilləşdirilməsi, təlimi və attestasiyanın aparılması;
• Vakansiyaların elan edilməsi, uyğun namizədlərin seçilməsi və CV bazasını yaradılması;
• Kadr seçimini həyata keçirilməsi (vəzifə təlimatların hazırlanması, CV seçimi, yeni namizədlər üçün müsahibələrin təşkil edilməsi və aparılması, məlumatların, strategiya və materialların idarə olunması);
• Bacarıqlı və istedalı kadrların əldə edilməsi üçün daha geniş imkanlar yaradan siyasət, prosedurlar və ya proseslərin inkişaf etdirilməsi və həyata keçirilməsi istiqmətində İR komandası ilə birgə iş;
• Kadrların ixtisas, şəxsi və işgüzar keyfiyyətləri qiymətləndirməsi, müvafiq struktur bölmələrdə düzgün yerləşdirilməsi və onların əməyinin istifadə olunmasına nəzarət;Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi ilə bağlı sənədlərin rəsmiləşdirilməsi;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması, qeydiyyatının aparılması və dəyişikliklərin müntəzəm olaraq qeydə alınması;
• Dövlət orqanlarına aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və təqdim olunması;
• Elektron Hökumət Portalında işə qəbul, işdən azad və vəzifə dəyişikliyini etmək;
• Məzuniyyət qrafiklərinin, məzuniyyət əmrlərinin tərtib edilməsi;
• İşçilərin istifadə etdiyi məzuniyyətləri elektron formada uçota alınmasını təmin edir;
• İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa departamentinin direktoruna hesabat hazırlayıb təqdim edir.

Tələb olunan xüsusiyyətlər:

• İnsan resursları/hüquq sahəsində ən azı 3 il iş təcrübəsi;
• AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
• Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel, 1C 8.3, Outlook və s.);
• Güclü ünsiyyət və danışıq qabiliyyəti;
• Azərbaycan və rus dillərini mükəmməl bilməli, ingilis dili arzu olunandı;
• Yüksək ünsiyyət qurma bacarığı və komanda işinə uyğunluq.

Şərtlər:

• Stabil iş (iş qrafiki 5/2 08:00- dən 17:00-dək)
• İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
• Qidalanma, mobil rabitə
• Əmək haqqı razılaşdırmaya əsasən .

Müsahibə bütün daxil olan və seçilən CV –lər əsasında aparılacaq. CV - lər 15 aprel 2021-ci il tarixinədək qəbul olunur.

Maraqlanan xanım namizədlər mövzu yerində “İnsan resursları departamentinin mütəxəssis” yazaraq, öz CV-ləri fotoşəkil ilə və gözlənilən əmək haqqını [email protected] e-poçt ünvanına göndərəsiniz.

Yalnız yuxarıda göstərilmiş tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.