“Finex Kredit” BOKT ASC Baş mühasib vəzifəsinə işçi axtarır.
Namizədə dair tələblər
- BOKT və ya bank mühasibatını bilməli
- BOKT-a aid bütün növ hesabatların verilməsini bilməli
- təhsil və yaxud sertifikatlaşdırılmış kurs, akademiya və s. təcrübə
- Yaş: 22-45
- İş təcrübəsi: minimum 5 il
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı səviyyədə)
- Komanda ilə işləmək bacarığı
- Sosial şəbəkə üzərində və e-mail platformalarda yazışmaq qaydalarını bilmək və icra etmək bacarığı
- Stressə davamlı və öyrənməyə maraqlı,
- Yüksək təşkilatçılıq və səlis nitq qabiliyyəti,
- Diqqətli və Operativ olması
- Kommunikasiya bacarığının yüksək səviyyədə olmağı
İş barədə məlumat
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir.
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir.
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarətedir.
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət social sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir.
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarətedir.
- Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir.
- Banklara ssudalar üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarə tedir.
- Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb computer proqramına daxil olunmasına nəzarə tedir.
- Müştərilərdən köçürmə yolu ilə firmanın hesabına daxil olan ödəmələrin computer proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət edir.
- Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edir.
- Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etməlidir.
- Fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirməni təşkil etməlidir.
- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etməlidir.
Əmək haqqı
- Razılaşma əsasında.
Qeyd olunan tələblərə uyğun gələn namizədlər “Baş mühasib” başlığından istifadə edərək, öz CV və peşəkar karyera məlumatlarını, [email protected] ünvanına göndərə bilərlər.