Struktur bölmə: Maliyyə departamenti, Hesabatlılıq şöbəsi
Vəzifə: Hesabatlılıq şöbəsinin baş mütəxəssisi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 31 mart 2021
Vəzifə Öhdəlikləri:
- Hesabatların hazırlanması zamanı istifadə edilən məlumatların dəqiqliyini və dolğunluğunu təmin etmək;
- Hesabatların hazırlanması və təqdimatı üzrə ən qabaqcıl təcrübələri araşdırmaq, tərtibat üçün Cəmiyyətin ehtiyaclarına ən uyğun olanını seçmək və təklif etmək;
- Hesabatların hazırlanması prosesində təşkilati-informasiya dəstəyinin verilməsini həyata keçirmək;
- Hesabatların hazırlanmasının effektivliyinin təmin olunması məqsədilə öz səlahiyyətləri çərçivəsində digər struktur bolmələrlə əməkdaşlıq etmək;
- İllik büdcənin hazırlanmasında iştirak etmək;
- Rüblük əsasda budcə-fakt təhlillərini aparmaq;
- Rüblük əsasda il sonu büdcə proqnozlarını hazırlamaq;
- Cəmiyyətdə xərclərin məhsullar və xərc əmsalları uzrə bölgüsünü təşkil etmək
Namizədə olan tələblər:
İş təcrübəsi: Hesabatlılıq sahəsi üzrə 2 illik iş təcrübəsi
Təhsili/ixtisası: Maliyyə, mühasibatlıq, riyaziyyat ixtisasları üzrə bakalavr dərəcəsi.
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla;
Üstünlüklər: SQL və Power BI üzrə biliklər; Statistika üzrə biliklər; CFA proqramında üzvlük; ACCA sertifikasiyası üzrə ən azı imtahanlardan uğurla keçilməsi və ya DipIFR sertifikasiyası
Kompüter bilikləri:Microsoft Office – əla, Microsoft Office Excel – əla
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, problem həlletmə.
İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası: Namizədlər //pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.