Show

15 Mart

"Zeytun Pharmaceuticals" işçi axtarır – VAKANSİYA

Zeytun Pharmaceuticals Auditor vəzifəinə işçi axtarır.

Tələblər:

∙ Ali iqtisadi təhsil
∙ 2-3 ildən az olmayan audit sahəsində iş təcrübəsi (Əczaçılıq sferasında olması üstünlükdür)
∙ Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı
∙ 1C proqram üzrə bilikləri (arzuolunandı)
∙ Beynəlxalq audit standartları, risklərin idarə olunması üzrə biliklər
∙ Riyazi təhliletmə və analitik hesablama qabiliyyəti

Vəzifə öhdəlikləri:

∙ Əməkdaşlıq edilən şirkətlərə ödənişlərin borclara və satış şərtlərinə uyğun aparılmasının yoxlanılması, maliyyə direktorunun təsdiqindən sonra kassa məxaric qəbzlərinin təsdiq edilməsi
∙ Iadə olunan malların razılaşdırılmış əməkdaşlıq şərtlərinə uyğunluğunun yoxlanılması və 1C proqramı üzrə təsdiq edilməsi
∙ Apteklər üzrə məhsul dövriyyəsinin daxili qaydalara uyğunluğunun və 1C proqramında qeydiyyatının yoxlanılması
∙ 1C proqramında qeydiyyata alınmış məhsul siyahısının say tərkibinin və satış qiymətinin sənədlərə uyğunluğuna nəzarət edilməsi
∙ Mütəmadi olaraq əməkdaşlıq edilən şirkətlərlə qarşılıqlı hesablaşmaların yoxlanması və aktlaşdırılması
∙ Anbarda mövcud olan məhsulların seriya nömrələri, adları üzrə uyğunsuzluqlarının 1C proqramında müəyyən olunması və düzgünlüyünün təmin edilməsi
∙ Referent siyahıya daxil edilmiş məhsul qiymətlərinin 1C proqramına daxil edilməsi və yoxlanılması
∙ Apteklər üzrə mütəmadi audit yoxlamalarının keçirilməsi, ezamiyyələrdə iştirak və müvafiq olaraq hesabat hazırlanması
∙ Şirkət tərəfindən apteklərə ayrılmış depozit və aylıq limitlərə nəzarət edilməsi

İş şəraiti:

∙ İş yeri: DEPO (Oktay Vəliyev 21C, Baki şəhəri, NZS qəsəbəsi)
∙ 6 günlük iş həftəsi;
∙ Nahar şirkət tərəfindən təmin olunur;
∙ Tibbi sığorta ilə təmin olunma;
∙ Əmək haqqı 1000 manat.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.