“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİS üçün Mərkəzləşdirilmiş Kredit Satışı üzrə İşçi vəzifəsinə işçi axtarışı elan edir.
MƏQSƏD
Mərkəzləşdirilmiş Kredit Satışı üzrə İşçi Mərkəzləşdirilmiş Kredit Supervayzerinin rəhbərliyi altında müştərilərə ehtiyaclarını müəyyən etməkdə dəstək olacaq, müştərilərin ehtiyaclarını ödəyəcək kredit məhsullarını və miqdarını seçməkdə məsləhət verəcək məsul şəxsdir.
BAŞLICA FƏALIYYƏTLƏR
• Müştərinin cari kredit və sahib olduğu biznes növü ilə hesabatdan və ya ehtiyac olduğu təqdirdə sistem üzərindən tanış olmaq
• Müştəriyə məhsulu satmaq üçün FİNCA məhsulunun üstünlüklərini və sadələşdirilmiş kreditvermə prosesini təsvir etmək
• Müştəri imtina edərsə imtina səbəbini müəyyən etmək və əgər səbəb FİNCA ilə bağlıdırsa, problemin mümkün həll yollarını təklif etmək
• Potensial müştərilərlə telefon vasitəsilə əlaqə saxlayaraq yüksək keyfiyyətli satış imkanları yaratmaq
• Ehtiyac olduğu təqdirdə potensial müştərilərlə vaxtı-vaxtında əlaqə saxlayaraq prosesi nəzarətdə saxlamaq
• Xarici mənbələrədən (kredit qeydiyyatı, büro və digər) müştərinin xarici kredit tarixçəsini yoxlamaq və proqrama daxil etmək
• Sistem tərəfindən kredit avtomatik təsdiqləndikdə, tələb olunan sənədləri müvafiq filiala göndərmək, müştəri ilə əlaqə saxlayıb ona təsdiq məlumatını, eyni zamanda onunla filialdan nə zaman əlaqə saxlayacağını və kreditin alınması üçün hansı sənədlərin lazım olacağını bildirmək
• Etdiyi zənglər əsasında gündəlik/ həftəlik hesabat hazırlamaq
• Mərkəzləşdirilmiş Kredit Satış nümayəndələrinə digər məsələlərlə bağlı kömək etmək
TƏLƏBLƏR
• Maliyyə, İqtisadiyyat, Marketinq və digər uyğun sahələr üzrə bakalavr təhsili arzuolunandır
• Ümumi kreditvermə proses və prosedurları haqqında məlumatlı olmaq
• Kredit məhsullarına dair kreditvermə siyasəti və prosedurları üzrə işləmə bacarıqları
• Fikrini aydın ifadə edəcək dərəcədə yaxşı ünsiyyət bacarıqlarına sahib olmaq və aktiv dinləyici olmaq
• Analitik düşüncə qabiliyyəti
• Satış xidmətləri sahəsində təcrübə (kredit vermə və digər oxşar sahə üzrə təcrübəyə üstünlük verilir)
• Yüksək təşkilati və vaxtı idarəetmə bacarığı
• Gərgin iş mühitində işləmə bacarığı
• Komanda ilə iş bacarığı
• Azərbaycan dilində səlist danışmaq və yazmaq bacarığı
• Microsoft Office proqramları daxil olmaqla kömpüter bilik və bacarığı
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 19 mart 2021-ci il tarixdən gec olmamaq şərtilə [email protected] electron ünvanına Subject/Mövzu hissəsində Mərkəzləşdirilmiş Kredit Satışı üzrə İşçi qeyd etməklə göndərə bilərsiniz.
QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.