Azərbaycan Beynəlxalq Bankı Rəqəmsal innovasiyaların tətbiqi departamentinə Python developer vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Bankımızın peşəkar komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- Dəyişikliklərin təhlili və səhvlərin müəyyən olunması;
- Dəyişikliklərin sınaqdan keçirilməsi və yerləşdirilməsi;
- Müntəzəm olaraq kodların yoxlanılması və tətbiq olunması;
- Layihələr üçün Python kitabxanaların yaradılması;
- Bank servislərinin layihələrə inteqrasiya olunması.
Bizim üçün uyğun namizəd:
- Flask / Django istifadə edərək proqram təminatını hazırlama bacarığı olan, OOP dizayn nümunələri və alqoritmləri üzrə güclü biliklərə sahib olan;
- Python kitabxanasının inkişafı üzrə bilikləri olan;
- Verilənlər bazası, xüsusilə Mongo ilə bağlı təcrübəsi olan;
- İnternet təhlükəsizliyi və bu sahədə ən yaxşı təcrübələr barədə məlumatı olan;
- Messenger və telegram tətbiqlərinin inkişafı ilə bağlı məlumatı olan;
- SOAP / REST barədə anlayışı olan ;
- Git / Github ilə bağlı iş təcrübəsi olan;
- Python mikroservisləri barədə təcrübəsi olan;
- Yenidən istifadə edilə bilən, saxlanıla bilən kod yazmaq bacarığına sahib olan;
- Vahid və inteqrasiya testləri ilə bağlı təcrübəsi olan;
- Docker, Kubernetes təcrübəsinə malik olan;
- Avtomatik yerləşdirmə (CD) pipeline qurma təcrübəsinə sahib olan şəxsdir.
Əgər bizim axtardığımız uyğun namizəd Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.