Yelo Bank “İnsan Resurslarının İdarəedilməsi Departamentində İşə qəbul mütəxəssisi / aparıcı mütəxəssisi” vakansiyasını elan edir.
Siz elektron poçtun “mövzu” yerinə “Recruiter” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: İnsan Resurslarının İdarəedilməsi departamenti, İşə qəbul və kadr planlaması şöbəsi
Vəzifə: Mütəxəssis / Aparıcı mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə Müdiri
Vəzifə öhdəlikləri:
- Bankın müxtəlif strukturları ilə partnyorluq edərək biznesin strateji hədəflərinə uyğun işə qəbul ehtiyaclarını müəyyənləşdirmək;
- Namizəd axtarışlarının hədəfli strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Yerli əmək bazarının şərtlərinin, rəqiblərin işçi qüvvəsinin araşdırılması;
- İş xüsusiyyətləri, vəzifə təlimatı əsasında vəzifə tələblərini müəyyənləşdirmək;
- Müxtəlif kanallar vasitəsilə potensial namizədlərin müəyyənləşdirilməsi və araşdırılması;
- Qısa namizəd siyahısının tərtibi və onlara dair ətraflı məlumatların verilməsi;
- Namizədlərin banka, daxili korporativ mədəniyyətə uyğunluğunun araşdırılması və qiymətləndirilməsi;
- İlkin seçimlərdən keçmiş namizədlərin testlərdən və panel müsahibələrdən keçirilməsi;
- Namizəd vəzifəyə təsdiq edilənə qədər namizəd ilə struktur bölməsi arasında aparılan danışıq prosesinə dəstək göstərmək;
- Təsdiqlənmiş namizədlərə iş təkliflərini hazırlamaq;
- Namizədin işə qəbulunun rəsmiləşdirilməsi, iş yerinin təşkili, ilk iş günü qarşılanması, orientasiya təlimlərində iştirakı və adaptasiya prosesinə dəstəyin göstərilməsi;
- Yeni əməkdaşın sınaq müddətinə nəzarət, sınaq müddəti rəylərinin toplanması, tərəflər ilə kommunikasiyanın aparılması;
- İşə qəbul prosesi üzrə əlaqələrin qurulması və bu əlaqələrin daim genişləndirilməsi;
- Çıxış müsahibələrinin aparılması;
- Öz iş sahəsi üzrə daim inkişaf etmək;
- İşəqəbul bacarıqlarının artırılması və inkişaf etdirilməsi.
Tələblər:
- İşə qəbul üzrə təsdiq olunmuş iş təcrübəsi;
- İşə qəbul proseslərinin dərindən başa düşülməsi;
- Namizədlərin izlənilmə sistemlərindən istifadə, proqram təminatı və namizəd məlumat bazalarını işə salma bacarığı;
- Namizəd seçimi üzrə mükəmməl biliklər;
- Namizəd əldə etmə vasitələri və metodları üzrə iş təcrübəsi;
- Əmək bazarının araşdırılması və əmək bazarında olan vəziyyəti anlamaq bacarığı;
- Yüksək kommunikasiya bacarıqları, effektiv danışıqlar, işgüzar əlaqələrin qurulması bacarığı;
- Dürüstlük və şəffaflığın və məxfiliyin qorunması bacarıqları;
- İnsan resursları və ya əlaqədar sahələrdə bakalavr dərəcəsi.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.