Show

01 Mart

"Siyəzən Broyler" işçi axtarır – VAKANSİYA

Siyazan Broiler Baş mühasibin müavini vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
• Vergi hesabatlarının (Əmlak, Torpaq, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
• 1C, BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək
• Balans, Mənfəət və zərər hesabatlarının hazırlanması
• Rəsmi hesabatların hazırlanması (Statistika;DSMF)

Namizədə tələblər:

• Ali təhsil (mühasibat uçotu, maliyyə)
• Kişi namizədlər
• Yaş: 25-40
• Vergi məcəlləsi, əmək qanunvericiliyi üzrə biliklərə sahib olması
• Vergi və mühasibat uçotunun tam sərbəst şəkildə aparılması bacarığı
• Müvafiq sahədə 2 ildən artıq iş təcrübəsi
• Istehsalat sahəsində təcrübəsi olması üstünlükdür

İş şəraiti:

• İş qrafiki: I-V günlər, 09:00 - 18:00, şənbə 09:00 - 14:00
• Əmək haqqı: 1500 Azn gross

Maraqlanan namizədlərdən mövzu hissəsində “Baş mühasibin müavini” qeyd etməklə CV formasını [email protected] email ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.