Buta Group İnsan Resursları üzrə mütəxəsis vəzifəsinə işçi axtarır.
Vəzifə öhdəlikləri:
- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
- Əmək kitabçalarında qeydlər aparmaqla qeydiyyatını aparmaq;
- Məzuniyyətlərin verilməsi uçotunu aparmaq və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
- İşçilərin tibbi müayinələrinə (vaxtında və tam) nəzarət etmək;
- Kadrlara olan tələbatını təmin edilməsində (yeni vakansiyalar üzrə işçi axtarışı, daxil olan CV-lərin analizi və müsahibələrin təşkil edilməsi) iştirak etmək;
- Xarici işçilərin müvəqqəti qeydiyyatı üçün sənədlərin toplanması, qeydiyyatı və digər prosedurları (bilet, yerləşmə, icazə alınması və s.) həyata keçirtmək;
- İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması;
- Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək;
- İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və ayın sonunda tam məlumatı təqdim etmək.
Tələblər:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək;
- Ali təhsilli;
- Bu sahədə minimum 1-3 il iş təcrübəsi;
- E-gov Elektron Hökumət Portalında işləyə bilmək;
- Azərbaycan və Rus dilini əla, İngilis dili arzuolunandır;
- Microsoft Office (Word, Excel, Power Point) proqramlarında sərbəst işləmək;
- Ünsiyyət qurma bacarığı;
- Problemləri həll etmə bacarığı;
- Detallara xüsusi diqqətlilik;
- Stresə davamlı.
İş qrafiki:
- Həftədə 6 gün 09:00 - 18:00, şənbə 13:00
- Əmək haqqı 500 AZN
Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini İnsan Resursları üzrə mütəxəssis qeyd etməklə [email protected] e- mail ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.