Yelo Bank “Kredit inzibatlaşdırılması üzrə kiçik mütəxəssis/mütəxəssis” vəzifəsinə işçi axtarır. Siz “Kredit inzibatlaşdırılması üzrə kiçik mütəxəssis/mütəxəssis” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.yelo.az
Struktur: İnzibatlaşdırma və Ödənişlər departamenti
Vəzifə: Kredit inzibatlaşdırılması üzrə kiçik mütəxəssis/mütəxəssisi
Bilavasitə tabeçiliyi: Departament rəhbəri
Vəzifə öhdəlikləri:
• Kreditlər üzrə məlumatların Bankın daxili əməliyyat sisteminə daxil edilməsi, qanunvericiliyə, bankdaxili qaydalara və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilələr, müqaviləyə əlavələr və digər zəruri sənədləri tərtib edərək kreditin rəsmiləşdirilməsi;
• Cari kreditlərin restrukturizasiyası ilə bağlı təqdim olunan sənədlərin yoxlanılması və müqavilələrin hazırlanması;
• Kredit verilməsi ilə əlaqədar hüquqi, fiziki şəxslər və fərdi sahibkarlara hesabların açılması;
• Tələb olunan sənədlər siyahısına əsasən kredit dosyesinin dolğunluğuna nəzarət və daxili prosedura əsasən arxivləşdirilməsi;
• Kreditlərin rəsmiləşdirilməsi prosesini Bankın daxili normativ sənədləri, müvafiq prosedur və qaydaların tələblərinə əsasən icra etməsi;
• Şöbənin funksiyalarından və daxili normativ sənədlərin tələblərindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsi.
Tələblər:
• Orta peşə və ya ali təhsil;
• Kreditin rəsmiləşdirilməsi üzrə təcrübə arzu olunandır;
• Microsoft Word və Excel proqramların yaxşı səviyyədə istifadəsi bacarığı;
• Ofis avadanlığın (printer, skaner və s.) istifadəsi bacarığı;
• Verilən tapşırıqları tez və yüksək keyfiyyətlə yerinə yetirmə bacarığı.
İş müddətində əldə edəcəksiniz:
• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əmək haqqı və iş qrafiki
• Korporativ idarəetmə, bank işi və müvafiq istiqamət üzrə peşə bilikləri