Show

19 Fevral

Təminat şöbəsi – aparıcı mütəxəssis – VAKANSİYA

Enerji Məsələlərini Tənzimləmə Agentliyi Təminat şöbəsi-aparıcı mütəxəssis vəzifəsinə işçi axtarır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• təsərrüfat xərclərinin smetasının tərtibində iştirak etmək;

• təsərrüfat inventarlarının mühafizəsi və təmir olunmasına nəzarəti vaxtında həyata keçirmək; • vacib təsərrüfat mallarının saxlanmasında, ayrılmış material və vəsaitin səmərəli istifadəsinə nəzarətdə iştirak etmək;

• satınalma prosedurunu qanunvericiliyə uyğun həyata keçirmək;

• tədbirlərin təşkili zamanı smetanın hazırlanmasını təmin etmək;

• Agentliyin strukturuna daxil olan bölmələrdə aparılmış əmlakın və öhdəliklərin inventarizasiyasının nəticəsinə dair müqayisə cədvəli tərtib etmək, cədvəldə olan ciddi ziddiyyətli fərqlər barədə şöbə müdirinə məlumat vermək;

• əsas vəsaitlərin, material ehtiyatlarının, azqiymətli və tezköhnələn əşyaların müvafiq subhesabları üzrə hər birinin ayrı-ayrı kəmiyyət uçotunu aparmaq;

•büdcə proqnozlaşdırılması zamanı statistik göstəricilərə və yaranmış tələbata uyğun təkliflər vermək;

• büdcə ili ərzində satın alınacaq malların (işlərin, xidmətlərin) tərkibi, həcmi, miqdarı və ölçüsü barədə məlumatı, satınalmanın ardıcıllığını və təqvim ili üzrə bölgüsünü əks etdirən satınalma planını hazırlamaq;

• şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

• alınmış və ya verilmiş (çıxdaş olmuş) əmlaka müvafiq qaydada mədaxil və məxaric qaiməsi tərtib etmək və imza üçün şöbə müdirinə vermək.

TƏLƏBLƏR:

• Ali təhsil (Maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat və s. aidiyyəti ixtisasları üzrə);

• Yaş həddi 27-45 aralığı;

• İxtisası üzrə azı 5 il iş stajı;

• MS Office proqramlarını və 1C (8.3 UPP) proqramını mükəmməl səviyyədə bilməli;

• Rus və ya ingilis dilini səlis bilməsi arzuolunandır;

• Operativlik, dəqiqlik və yüksək icraçı bacarığı.

DİGƏR:

• Əmək haqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;

• İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;

• İstirahət günləri: şənbə və bazar günləri;

• Vakansiya üzrə müraciətin son müddəti: 1 mart 2021-ci il

• İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il 1750 nömrəli Fərmanı ilə yaradılmışdır və Azərbaycanda elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin şəffaflıq prinsipi çərçivəsində tənzimlənməsini, müəssisələrin fəaliyyətinin operativ və dəqiq təhlilini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlərin hazırlanmasını, mühəndiskommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə [email protected] poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Təminat – aparıcı mütəxəssis) qeyd edin.