Avrora “Daxili Nəzarət Üzrə Aparıcı Mütəxəssis” vəzifəsinə işçi axtarır.
Sizin əsas vəzifə öhdəlikləriniz :
• Şöbə daxilində tabeçiliyində olan əməkdaşların iş fəaliyyətini təşkil etmək
• Şirkət daxili komissiyalarda,işçi qruplarda təmsil olunmaq,
• İllik Daxili nəzarət yoxlama planları və proqramları əsasında daxili nəzarət yoxlamalarının aparılmasının təmin edilməsi;
• Daxili nəzarət planına uyğun olaraq iş yükünün tabeliyində olan əməkdaşlar arasında bölgüsünün təmini,icra və xidmət intizamına riayət edilməsinə nəzarətin təşkil edilməsi
• Təşkilatın əməliyyat səmərəliliyinin artırılması, uyğunsuzluqların aşkarlanması,aradan qaldırılması və müvafiq qaydalara riayət olunması üçün cari nəzarət yoxlamalarının təşkil edilməsi
• Proseslərin idarə edilməsində prosedurların tətbiqinin effektivliliyinin yoxlanılması, normativ sənədlərin tətbiq edilməsinə dair üst rəhbərinə hesabatın təqdim edilməsi
• Nəzarət mühitinin səmərəliliyini təmin etmək məqsədi ilə,çatışmazlıqları müəyyən etmək, dəyişiklikləri tövsiyə etmək
• Dəlillərin müəyyən edilməsi, sübutların nəzərdən keçirilməsi və uyğunsuzluqların aradan qaldırılması istiqamətində tənzimləyici fəaliyyət;
• Periodik nəzarətlərin koordinasiya edilməsi;
• Aktivlərin qorunması və səmərəli istifadəsinə nəzarətin təmin edilməsi,sahələrdə planlı və plandan kənar sayımların həyata keçirilməsinin təmin edilməsi.
• Likvid olmayan mal və materialların silinmə proseslərinə nəzarətin təşkil edilməsi;
• Daxili nəzarət yoxlama nəticələri, verilmiş tövsiyyələr və onların icra müddətlərinin müəyyən edilməsinə dair hesabatların üst rəhbərinə təqdim edilməsi;
• Daxili nəzarət mühitinin qiymətləndirilməsinə dair tapşırıqların yerinə yetirilməsi;
• Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərinin öyrənilməsi, mənimsənilməsi və onlara əməl edilməsi;
• Əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat verilməsi;
• Müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərin artırılması;
• Əməyin mühafizəsi məsələləri ilə əlaqədar işəgötürənin, iş yeri üzrə rəhbərinin, mütəxəssislərin tapşırıqlarına, məsləhətlərinə, tövsiyələrinə əməl edilməsi.
Konfidensiallığın qorunmasına riayət edilməsi;
Sizdən tələb olunan təhsil və iş təcrübəsi :
• Ali təhsil (İqtisadiyyat, maliyyə);
• 3-5 il Daxili Audit, Daxili Nəzarət və ya Biznes Proseslərdə iş təcrübəsi;
• MS Office (Word, Excel) proqramları üzrə biliklər;
• Riskin idarə edilməsi, nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik biliklər;
• Komanda yoldaşları və digər işçi heyəti ilə həmahəng iş münasibətləri qurmaq və qoruyub saxlamaq, peşəkar komanda mühitində effektiv fəaliyyət göstərmək bacarığı;
• Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq;
Bizim iş şərtləri :
• İş qrafiki : Tam iş günü (5 gün);
• İş saatları: 09:00-18:00;
• İş yeri : HÖKMƏLİ;
• Nahar şirkət tərəfindən təmin olunur.
Biz nə təklif edirik :
• Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
• Təlim və inkişaf proqramlarının geniş çeşidi;
• Mükəmməl peşəkar komanda və mehriban mühit;
• Sağlamlıq və həyat sığortası.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Daxili Nəzarət Üzrə Aparıcı Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.