"Kontakt Home" Satış Məsləhətçisi (Quba, Bərdə, Göyçay, Lənkəran) vəzifəsinə işçi axtarır.
Vəzifə öhdəlikləri:
• Şirkət tərəfindən göndərilən malları qəbul etmək, yoxlamaq, müvafiq olaraq sənədləşdirmək və bu haqda məruzə etmək
• Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək
• Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək
• Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək
• Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək
• Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək
Tələblər:
• Satış təcrübəsi arzu olunandır
• Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
• Satış qabiliyyəti olmalı
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş rejimi: həftədə 6 iş günü və 1 istirahət günü.
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı
- Şirkət daxili təlim və inkişaf imkanları
- Karyera yüksəlişi imkanı
- Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı müvafiq link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
Quba şəhəri üzrə: //qlor.me/kjs9m5uq
Bərdə şəhəri üzrə: //qlor.me/kjs9nt6i
Göyçay şəhəri üzrə: //qlor.me/kjs9oqmd
Lənkəran şəhəri üzrə: //qlor.me/kjs9pgvt