Embawood şirkəti Uçotçu (Kürdəmir) vəzifəsinə işçi axtarır.
İş qrafiki :
6 günlük / saat 09:00 – 19:00
İşin təsviri :
• Mühasibat uçotunun aparılması və mağaza statistik və maliyyə hesabatlarının tərtib edilməsini təmin etmək
• Debitor və kreditorlarla hesablaşmalarda əməliyyatların vaxtında və düzgün aparmaq
• Zəruri hallarda mağazanın satış prosesində iştirak etmək
• Anbara daxil olmuş malların düzgün və vaxtında qəbul edilməsinə nəzarət etmək
• Mağaza büdcəsinin tərtibində iştirak etmək. Mağaza büdcəsinin xərclər hissəsini optimallaşdırmaq və nəzarət etmək
• Mal gətirənlərlə hesabat aparmaq
• İnventarlaşmada iştirak etmək
• Mağazanın sənədləşmə işini aparmaq, müvafiq qaydada cari əməliyyatların, hesabatların və sənədlərin tərtibi və göndərilməsi
• Şirkətin korporativ e-mail ünvanını mütəmadı olaraq yoxlamaq və gələn e-mailları gün ərzində cavablandırmaq
• Mağazada işçi heyətinin əmək haqqı tabellərinin hazırlamaq.
• Rəhbərlik tərəfindən verilən tapşırıqların düzgün və vaxtında yerinə yetirmək.
Tələblər :
• Ali təhsil
• Ən azı 1 il iş təcrübəsi
• MS Office, 1C biliyi
• Qrupla işləmə bacarığı,idarəetmə bacarığı
• Ünsiyyət qurma bacarığı
Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “ Uçotçu” və bölgəni qeyd edib bu ünvana göndərəsiniz. [email protected]