Show

03 Fevral

"eManat" işçi axtarır – VAKANSİYA

eManat Təhlil və Dəstək mütəxəssisi vəzifəsinə işçi axtarır.
Namizədə qoyulan tələblər:

• Ali təhsil (informasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük veriləcək).
• Kompüter avadanlıqlarına texniki dəstək üzrə - əsas; informasiya təhlükəsizliyi, biznes proseslər, informasiya sistemləri, şəbəkə infrastrukturuna dair - baza biliklərinə malik olmalı ( IT Texniki dəstək qrupunda və ödəmə sistemlərində iş təcrübəsi olanlara üstünlük veriləcək).
• Biznes prosesslərin idarə edilməsi haqqında ilkin biliklər.
• Analitik və alqoritmik düşünmə qabiliyyəti.
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
• Müştəri sorğularının cavablandırılması işləri ilə praktik təcrübəsi , operativ cavablandırma qabiliyyəti, insanlarla düzgün əlaqə və ünsiyyət qurma bacarığı.
• Fərdi və komanda ilə işləmək qabiliyyəti.
• Dil bilikləri: Azərbaycan və Rus dilləri - yüksək səviyyədə, Ingilis dili - texniki sənədləri oxumaq və yazmaq səviyyəsində.
Vəzifə öhdəlikləri:
• Müştəri sorğusuna operativ olaraq telefon və elektron sənəd formasında cavab vermək.
• ServiceDesk proqram təminatı vasitəsi ilə aldığı sorğuların monitorinq olunması və operativ optimal şəkildə emal olunması.
• Monitorinq olunmuş sorğuların seçilərək prosedura əsasən işlənməsi.
• Şirkət daxili istifadəçi İT avadanlıqlarında çıxmış problemlərin aradan qaldırılması.
• Ümumi İT İnfrastrukturu üzrə monitorinq sisteminə nəzarət və prosedur üzrə işlərin görülməsi.
İş şəraiti:

- Ofis daxili;
- Əmək haqqı 800 AZN;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar təminatının qarşılanması;
Maraqlananlardan xahiş olunur öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq.

Göndərilən CV-lərdə mövzu adı yerində “Təhlil və Dəstək mütəxəssisi” yazılmalıdır.