Avrora “Satış Auditi” vəzifəsinə işçi axtarır.
İşin qısa təsviri :
Sizin əsas vəzifə öhdəlikləriniz :
• İnventarizasiya işinin aparılması;
• Satış nöqtələrinə yerində baxış keçirilməsi və əməkdaşlarımızın fəaliyyətlərinin qiymətləndirilməsi;
• Tələb edilən hallarda rayon filiallarına ezamiyyətə gedilməsi;
• Distributor anbarlarında mövcud olan məhsulların sayımının həyata keçirilməsi;
• Audit işinin nəticəsi haqqında müvafiq hesabatların hazırlaması;
• Təftiş kommisiyalarının tapşırıqları əsasında xüsusi audit yoxlamalarında iştirak edilməsi;
• Ticarət nöqtələrində rəqib şirkətlərin satış fəaliyyətinin və strategiyasının dəyərləndirilməsi;
• Aylıq olaraq müqaviləli ticarət nöqtələrində müqavilə şərtlərinin yerinə yetirilməsi;
• Xarici auditlə bağlı hesabatların təhlili və müvafiq sənədləşmənin aparılması;
• Hərəkətsiz debitor borclarının təyin edilməsi.
Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar :
• Analitik düşünmə qabiliyyəti;
• Qərar vermə qabiliyyəti;
• Mübahisələrin həll edilməsi;
• Effektiv kommunikasiya;
• Nəzarət və əlaqələndirmə.
Sizdən tələb olunan təhsil və iş təcrübəsi :
• Təhsil : Ali (iqtisadiyyat yönümlü);
• İş təcrübəsi : 1 il;
• Kompüter bilikləri : MS Office (Excel, Word, Internet);
• Yaş həddi : 22-30;
• Avtomobilin olması vacibdir.
Bizim iş şərtləri :
• İş qrafiki : Tam iş günü (5 gün);
• İş saatları: 08:00-17:00;
• İş yeri : Saatlı və Bərdə.
Biz nə təklif edirik :
• Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
• Təlim və inkişaf proqramlarının geniş çeşidi;
• Mükəmməl peşəkar komanda və mehriban mühiti;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış auditi (Şəki) və ya (Bərdə)” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.