“AzerGold” Sosial media üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.
Əsas vəzifə və öhdəliklər:
• Təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və izlənilməsi;
• Onlayn mağazanın inkişafı üçün düzgün rəqəmsal strategiyanın hazırlanması və icra edilməsi;
• Korporativ web-səhifənin və onlayn mağaza səhifəsinin daim SEO edilməsi, blog və xəbərlərin daim yenilənməsi;
• Google Ads kampaniyaların hazırlanması və icra edilməsi;
• Sosial media təqvimi planlaşdırmaq,hazırlamaq və tədbirlərin mövzusuna, vaxtına uyğun effektiv qrafik qurmaq;
• Korporativ standartlar əsas götürülməklə müştərilərin və izləyicilərin sosial mediadakı sorğularının cavablandırmaq;
• Mövzuya uyğun olaraq kontentin (mətn, foto, video) hazırlanması və ya seçilməsi;
• Bütün rəqəmsal marketinq aktivliklərin aylıq nəticələri haqqında hesabatların hazırlanması;
• Şirkətin sosial şəbəkə hesablarının idarə edilməsi;
• Kampaniyalar və yeniliklərlə bağlı təkliflərin verilməsi, bu kampaniyaların reallaşdırılmasının təmin edilməsi.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Foto/video çəkiliş aparmaq bacarığı
• Targeting, SEO, Google Ads, e-mail marketinq, web-səhifə idarəetmə bilikləri;
• Qrafik dizayn qabiliyyəti
• Foto/video çəkiliş aparmaq bacarığı
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi;
• Dil və kompüter bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (yaxşı), Adobe İllustrator, Adobe Photoshop, Corel Draw və digər proqramlar
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil;
• Sosial media mütəxəssis vəzifəsi üzrə minimum 2 il iş təcrübəsi
Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.