Show

01 Fevral

"PASHA Life" işçi axtarır – VAKANSİYA

PASHA Life işçi axtarır.

Struktur bölmə: Strategiya və investisiya departamenti,İnvestisiya şöbəsi
Vəzifə: İnvestisiya şöbəsinin müdiri
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00-18:00
Son müraciət tarixi: 5 fevral 2021-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Potensial investisiya imkanlarını, yeni maliyyə alətlərini təhlil edərək investisiya gəlirlərinin maksimallaşdırılması və portfel risklərinin azaldılması istiqamətində işlərin aparılması;
2. Pul vəsaitlərinin hərəkətini, debitor və kreditor borclarını izləyərək Şirkətin üzləşə biləcəyi valyuta risklərinin müəyyənləşdirilməsi və riskləri önləyici tədbirlərin görülməsi;
3. Likvidlik risklərinin qarşısının alınması üçün gözlənilən ödənişlərə nəzarət və potensial likvidlik ehtiyaclarını və artıqlığını müəyyənləşdirərək lazımi tədbirlərin görülməsi;
4. Baş verən iqtisadi dəyişikliklərə dair məlumatlı olmaq və iqtisadi təhlillər apararaq investisiyə fəaliyyətini formalaşdırmaq;
5. İnvestisiya portfelinin effektivliyinin təmin olunması məqsədilə öz səlahiyyətləri çərçivəsində digər struktur bölmələrlə əməkdaşlıq etmək;
6. Cəmiyyətin Strateji Plan və illik büdcə planlarının hazırlanmasında iştirak etmək və onun tətbiq olunmasını təmin etmək;
7. İnvestisiya portfelinin təhlükəsizliyini təmin etmək məqsədilə Bank/Emitentlərin və investisiya aktivlərinin iqtisadi və maliyyə durumu ilə bağlı mütəmadi monitorinq aparmaq, Bank/Emitent və aktivlərin risk dərəcəsində dəyişikliklər olduğu təqdirdə vəsaitlərin çıxarılması ilə bağlı İdarə Heyəti və Komitəyə bu haqda məlumat və təklif təqdim etmək;
8. Cəmiyyət investisiya portfelin haqqında mütəmadi olaraq İdarə Heyəti, Komitə və digər səlahiyyətli struktur bölmələrə hesabat təqdim etmək;
9. İnvestisiya fəaliyyəti ilə bağlı müqavilələrin Şirkət mənafeyinə uyğun şəkildə, investisiya qərarlarına uyğun şəkildə tərtib olunmasına və gecikməsiz imzalanmasına nəzarət;
10. Cəmiyyətin əməliyyat fəaliyyətinin dayanaqlığını təmin etmək məqsədi ilə pul axınlarının effektivliyini təmin etmək;
11. Şöbəyə aid limitlər çərçivəsində sərbəst vəsaitlərin effektiv şəkildə yerləşdirilməsini təmin etmək;
12. Komitə və Cəmiyyətin digər səlahiyyətli orqanları və şəxslərinin sərbəst vəsaitlərin yerləşdirilməsi ilə bağlı qərarlarının icrasını təmin etmək;
13. Cəmiyyətin sərbəst vəsaitlərinin Nəzarətedici orqanın qüvvədə olan tələbləri, Cəmiyyətin İnvestisiya siyasəti, qayda və limitləri çərçivəsində optimal yerləşdirilməsi ilə bağlı Komitəyə təkliflər təqdim etmək;
14. Cəmiyyətin investisiya siyasətinin, qaydalarının və digər investisiya fəaliyyəti ilə bağlı normativ xarakterli sənədlərin hazırlanmasında rəhbərlik etmək və həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər təqdim etmək.

Namizədə olan tələblər:

İş təcrübəsi: 1 il rəhbər vəzifədə və İnvestisiya sahəsi üzrə ən azı 3 il iş təcrübəsi
Təhsili/ixtisası: Maliyyə və ya iqtisadiyyat sahəsi bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili - əla, İngilis dili - əla

Üstünlüklər: Eviews, R və ya Alteryx Proqramlaşdırma dillərindən istifadə bacarığı
CFA və ya FRM sertifikatlarında nailiyyət, Rus dili: orta

Kompüter bilikləri: MS Office Excel - əla, MS Office Word – əla, MS Office Power Point – əla
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, problem həlletmə, planlaşdırma

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər //pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.