Show

25 Yanvar

"Bakcell" işçi axtarır – VAKANSİYA

Bakcell Diler kanallarına dəstək üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.

Vakansiya haqqında

İdarə: Satış
Şöbə: Pərakəndə Satış
İş qrafiki: Standart
İş yeri: Port Baku Cənub Qülləsi
Son müraciət tarixi: 29.01.2021

Sizin əsas vəzifə öhdəlikləriniz

*Dilerlərdən daxil olan sorğuları qeydiyyata almaq, həll etmək və müvafiq departamentlərə yönləndirmək
*Sistem təminatı ilə bağlı sorğuları cavablandırmaq
*Diler satış məntəqələrini ziyarət etmək
*Həftəlik və aylıq hesabatlar hazırlamaq
*Dilerlərlə bağlı müvafiq sənədləşmə işlərini aparmaq
*Dilerlərə edilən müvafiq ödəniş proseslərini izləmək
*Müvafiq bildirişlər göndərmək
*Prosesləri təkmilləşdirmək
*Dilerlərin bilik səviyyəsini qiymətləndirmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

*Ali təhsil
*Satış və ya Müştəri Xidmətləri sahəsində ən azı 3 il iş təcrübəsi
*Dilerlerlə iş üzrə biznes proseslərinin idarə olunması sahəsində ən azı 3 il iş təcrübəsi mütləqdir

Sizdən tələb olunan bacarıq və səriştəliklər

*Müştəri yönümlülük
*Komanda işi və əməkdaşlıq
*Davamlı təkmilləşmə
*Gərgin iş şəraitində təzyiq altında işləmə bacarığı
*Paralel olaraq müxtəlif tapşırıqları idarə etmə və təqib etmə qabiliyyəti
*Azərbaycan və İngilis dillərini mükəmməl bilmək, Rus dili biliyi üstünlük hesab olunur
*MS Office proqramları üzrə bilik
*Böyük Həcmli Məlumat bazaları ilə işləmə qabiliyyəti
* Yaxşı təqdimat etmə bacarığı
*Analitik düşüncə

Müraciət etmək üçün

CV-nizi “[email protected]” e-mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda ‘’Diler kanallarına dəstək üzrə mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.