Show

19 Yanvar

Kredit üzrə analitik – VAKANSİYA

Kontakt Home Kredit üzrə analitik vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

• Kredit portfelinin analizi və təhlili;
• Analiz nəticəsində hesabatların hazırlanması;
• Departament daxili proseslərin izlənməsi, təhlil edilərək araşdırılması;
• Təkmilləşdirilməsinə ehtiyac olan proseslərin müəyyənləşdirilməsi;
• Kreditvermə prosesinin optimallaşdırılması üzrə təkliflərin verilməsi.

Tələblər:

• Ali təhsil;
• Kredit portfelinin monitorinqi/nəzarəti və ya auditi sahəsində iş təcrübəsi;
• Hesabatlar hazırlamaq və hesabatlar üzərində analizlər aparmaq bacarığı;
• Proqramlaşdırma və IT sahəsi üzrə bilik və təcrübənin olması;
• Komandada işləmək bacarığı;
• Analitik düşünmə tərzi;
• Əzmkarlıq, düzgünlük, çalışqanlıq;
• İqtisadiyyat, və ya maliyyə-kredit sahəsində ali təhsil arzuolunandır.

İş şəraiti:

- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Əmək haqqı: 3000 AZN

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
//qlor.me/kjph2noo