Show

15 Yanvar

"PAŞA Bank" işçi axtarır – VAKANSİYA

Azərbaycanın ən böyük Korporativ bankı PAŞA Bank komandasına qoşulmaq üçün Kommersiya və KOS Bankçılıq üzrə Anderrayterlər axtarır.

Vəzifənin məqsədi:

Müştəri bazasının keyfiyyətinə əmin olaraq Bankın potensial itki risklərini minimuma endirmək məqsədi ilə Kommersiya/Kiçik və Orta Müəssisələrlə Bankçılıq üzrə potensial borc alanlarla bağlı kredit riski təhlilini etməyə cavabdehdir.

Vəzifə öhdəlikləri:

• Kreditlərin Strukturlaşdırılması və müvafiq satış departamentləri tərəfindən təqdim edilmiş kredit ərizələrinin və limitlərin anderraytinqini təmin etmək
• Kredit Komitəsində və yaxud birbaşa Kredit Risklərinin Anderraytinqi departamentinin səlahiyyətində olan kreditlər üzrə son qərarın verilməsi məqsədilə kredit ərizələrinin şöbə rəhbərinə təqdim edilməsi
• Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq prosedurlara əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsini aparmaq
• Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanması, müştərilərin kredit reytinqlərinin hesablanması və müvafiq qərarların qəbul edilməsi işini həyata keçirmək
• Xidmət Səviyyəsi Müqavilələrinə əsasən hər kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqin tamamlanması və vaxtında icra edilməsi
• Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar

Tələb edilən bilik, bacarıq və təcrübə:

• Təhsil: Maliyyə, Bank işi, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
• İş təcrübəsi: Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi
• Analiz, qərarvermə və ünsiyyət bacarıqları
• Lisenziya/ Sertifikat:, ACCA (üstünlük verilir)
• Səlis Azərbaycan dili
• Xarici dil: İngilis dili (səlis), Rus dili (orta) üstünlük verilir
• Kompüter bilikləri: Microsoft Office

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “KOS Kredit Risk Anderrayteri” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.