Bakı, 13 yanvar Fins.az
Şirkət: ADY Ekspress MMC
Vəzifə: İnzibati işlər və təchizat şöbəsinin aparıcı mütəxəssisi
İş yeri: Bakı, Xətai Biznes Mərkəzi
Öhdəliklər:
• Şirkətin bütün təchizat üzrə sifarişlərinin təmin edilməsinə nəzarət etmək;
• Tədarükçülərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
• Əməliyyatların reyestrinin aparılması;
• Alınan Mal/xidmət həyata keçirildikdən sonra işləri təhvil verən tədarükçünün qiymətləndirmə prosesinin həyata keçirilməsi;
• Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
• Ofis inventarlarının miqdarını müəyyən etmək məqsədi ilə anbarın yoxlanılması, təchizat ehtiyaclarının müəyyənləşdirilməsi;
• “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq tender,təklif sorğularının keçirilməsini təşkil etmək;
Tələblər:
• Ali təhsil;
• Aidiyyatı sahə üzrə 2-3 il iş təcrübəsi;
• Microsoft Office proqramları, xüsusi ilə MS Excel proqram təminatında və 1C proqramında yaxşı səviyyədə işləmək bacarığı;
• Azərbaycan-dilində sərbəst danışıq və yazma bacarığı, rus və ingilis dili biliyinin olması üstünlükdür;
• Riyazi bilik, dəqiqlik, araşdırma qabiliyyəti;
Xahiş olunur CV-lərinizi 12 Fevral 2021-ci il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “İnzibati işlər və təchizat şöbəsinin aparıcı mütəxəssisi” qeyd etməklə [email protected] ünvanına göndərəsiniz.
Xahiş edirik, nəzərə alasınız ki, yalnız seçilən namizədlərlə əlaqə saxlanacaq.