Show

05 Yanvar

 Kommersiya Departamenti/İxracat üzrə mütəxəssis – VAKANSİYA

Gilan Textil Park  Kommersiya Departamenti/İxracat üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.
ŞƏHƏR: Sumqayıt

VƏZİFƏ ÖHDƏLİKLƏRİ

• İstehsal edilən məhsulların ixracat satış mexanizminin hazırlanmasında və satışın təşkil edilməsində iştirak etmək.
• Məhsullar haqqında maraq formalaşdırılmasının təşkil etmək.
• Məhsulların bilavasitə ixracat satışında iştirak etmək və məhsulların təyinat məntəqəsinə vaxtı-vaxtında çatdırılmasının təmin etmək.
• İxracat satışın həyata keçirilməsi zamanı müqavilələr və digər müvafiq sənədlərin hazırlanmasını təşkil etmək və buna görə məsuliyyət daşımaq.
• Hazırkı və gələcək müştərilərlə telefon danışıqları və üzbəüz görüşlərin və təqdimatların təşkilini həyata keçirmək.
• Gələcək müştəri mənbələrinin inkişafı və onların potensiallarını müəyyən etmək üçün məlumat mənbələrini tədqiq etmək.
• Cari və perspektiv müştərilər üçün aydın və effektiv yazılı təkliflər hazırlamaq.
• Müştərilərin problemləri və şikayətlərinin tez bir zamanda həll olmasına nail olmaq.
• Mövcud ixrac müstəriləri ilə əməkdaşlığını genişlənmək və yeni müştərilərin cəlb etmək
• Marketinq, mühasibat, logistika və texniki dəstək qrupları ilə satış səylərini əlaqələndirmək.
• Hazır məhsul satışlarının payının ixrac satışlarında artırılmasını etmək
• Şirkət tərəfindən müəyyən edilmiş və daxili təlimatlarda qeyd olunan təhlükəsizlik standartlarına və qaydalarına riayət etmək.

NAMİZƏDƏ TƏLƏBLƏR

• Ali təhsil və ya magistr dərəcəsi (biznes menecment, marketinq və s.oxşar sahələr üzrə);
• İxrac satışları sahəsində 3 ildən az olmayan iş təcrübəsi;
• Yüksək analitik düşünmə qabiliyyəti;
• Yenilik və öyrənməyə meylilik
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Azərbaycan,İngilis və rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;

İŞ QRAFİKİ

• Həftə ərzində 5 günlük
• İş saatları: 09:00-18:00-dək
• Nahar şirkət tərəfindən verilir.

CV-lərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

QEYD: Email-in “subject” bölməsinə, vakansiyanın adını yazmağınız xahiş olunur.