Show

30 Dekabr

"Azərsun Holding" işçi axtarır – VAKANSİYA

Bakı 30 dekabr Fins.az

AZƏRSUN HOLDİNQ  Maliyyə üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.

Namizədə aid tələblər:

- Mühasibatlıq, Maliyyə ixtisasları üzrə tam ali təhsil;
- Aidiyyatı sahə üzrə minimum 2 illik iş təcrübəsi;
- Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli;
- 1C, SAP, Logo, Unity proqramlarda işləyə bilməli;
- Incoterms şərtlərini bilməli;
- Vergi və rüsumların ödəmə üsullarını bilməli;
- Beynəlxalq mühasibatlıqla bağlı sertifikatların (ACCA) olması üstünlükdür.

Azersun vakansiya

İş haqqında məlumat:

- Maliyyə cədvəllərinin hazırlanması;
- Rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi;
- Pərakəndə və İstehsalat müəssisələrindən gələn hesabatlara əsasən data analizinin aparılması;
- Mütəmadi olaraq məhsuldarlığın və proseslərin analiz edilməsi, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Maliyyə cədvəlləri vasitəsilə layihə mənfəətinə təsir edən amillərin qarşısının alınması;
- Maliyyə ehtiyatlarının yetərli olub-olmamadığını müəyyən etmək üçün maliyyə nisbətlərinin hesablanması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Maliyyə üzrə mütəxəssis”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.