Show

29 Dekabr

"Yelo Bank" işçi axtarır – VAKANSİYA

Bakı 29 dekabr Fins.az

“Yelo Bank” “Pərakəndə biznes məhullarının satışı departamentinin Alternativ Kanallar ilə satışın təşkili şöbəsində Telesatış qrupunda təcrübəçi” vəzifəsinə işçi axtarır.

Siz elektron poçtun “mövzu” yerinə “Alternativ sales_Intern” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Struktur: Pərakəndə biznes məhullarının satışı departamenti / Alternativ Kanallar ilə satışın təşkili şöbəsi / Telesatış qrupu
Vəzifə: Təcrübəçi
Bilavasitə tabeçiliyi: Şöbə müdiri və ya qrup rəhbəri

Vəzifə öhdəlikləri:

• Bankın mövcud məhsul və xidmətlərinin müştərilərə zəng vasitəsilə ilkin satışı;
• Mövcud kampaniya və güzəştlər barədə müştərilərin zəng vasitəsilə məlumatlandırılması;
• Bazar araşdırması məqsədilə müştərilərə sorğu xarakterli zənglərin təşkili:
• Bankın mövcud məhsul və xidmətləri üzrə müştəri məmnunluğunun müəyyən edilməsi məqsədilə telefon zənglərinin təşkil edilməsi.

Tələblər:

• Bankın dəyərlərinə uyğun davranış;
• Ali təhsil;
• Azərbaycan, Rus dillərini mükəmməl bilmək. İngilis dili arzuolunandır;
• Məhsul və ya xidmətin təbliği qabiliyyəti;
• Müştərini inandırmaq və telefonla satış qabiliyyəti;
• Satış sahəsində ən azı 1 il təcrübə;
• Ünsiyyətçilik və səlis danışıq səriştəsi;
• Komandada işləmək bacarığı;
• Analitik düşünmə bacarığı, müştərilərlə yüksək səviyyədi işləmək motivasiyası;
• Müştəri xidmət standartları haqqında təsəvvürə malik olmalı;
• Stresli vəziyyətləri idarə etmək bacarığı

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.