Show

28 Dekabr

Satış nümayəndəsi – VAKANSİYA

Bakı 28 dekabr Fins.az

Enginet Satış nümayəndəsi (Bakı/Gəncə/Şirvan/Sabirabad nümayəndəlikləri) vəzifəsinə işçi a

Vəzifə öhdəlikləri:

• Satış üzrə qrup rəhbəri tərəfindən müəyyən olunan ərazidə Şirkət məhsullarının və xidmətlərinin tanıdılması və satışı;
• Satış prosesinin təlimata və plana əsasən həyata keçirilməsi;
• Bukletlərin paylanması;
• Şirkətin xidmətləri haqqında dəqiq və ətraflı məlumatın verilməsi;
• Yeni obyektlərin və müştərilərin tapılması;
• Gündəlik fəaliyyəti haqqında satış rəhbərinə mütəmadı hesabat vermək.

Namizədə verilən tələblər:

• Təhsili: Ali və ya orta;
• Satış sahəsində ən azı 1 il iş təcrübəsi;
• Satış qabiliyyətli olmalı;
• Azərbaycan dilini səlis bilməli, rus dilini bilmək arzuolunandır;
• Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığına malik olmalı;
• Kollektivdə işləmək bacarığı olmalı;
• MS Office proqramlarını bilməli;
• Maşınlı namizədlərə üstünlük verilir (Şirkət tərəfindən maşın üçün əlavə amortizasiya pulu + benzin verilir)

İş qrafiki: 6 günlük iş rejimi.

İş yeri: Bakı/Gəncə/Şirvan/Sabirabad nümayəndəlikləri

Əmək haqqı: Müsahibə zamanı müəyyən edilir. Maaş + bonus

Müraciət qaydası: CV-nizi [email protected] elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını - “Satış nümayəndəsi” yazmaqla göndərə bilərsiniz.