Show

24 Dekabr

 Lizinq satışı üzrə mütəxəssis – VAKANSİYA

Bakı 24 dekabr Fins.az

“Prior Leasing Lizinq satışı üzrə mütəxəssis vəzifəsinə işçi axtarır. 

İş yeri: Bakı şəhəri

İşin təsviri:

- Müştərilərə lizinq məhsulları barədə məlumat verilməsi
- Müştərilərin maliyyə təhlilinin aparılması
- Müqavilələrin hazırlanması və bağlanması
- Müştərilərin mövcud portfelinin monitorinqi və idarə olunması
- Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması
- Şirkət peşəkar şəkildə inkişafa şərait yaradır

Tələblər:

- Vakansiyaya uyğun olan hər hansı bir bakalavr dərəcəsi.
- Kreditlərin verilməsi və müştəri profilinin analiz edilməsi, kredit portfelinin olması vacibdir.
- Azərbaycan dili sərbəst, rus və ingilis dillərini bilən namizədlərə üstünlük verilir
- Satışın qaydaları, əsasları və strukturu
- Müştəri ilə ünsiyyət qurmaq bacarığı
- Yüksək riyazi bilik və analitik qabiliyyət səviyyəsi
- Bəy namizədlərə üstünlük verilir
- Ofis proqramlarıyla sərbəst işləmək bacarıqı.

İş qrafiki:

- Bazar ertəsi – Cümə: 8:30 - 17:30
- Şənbə : 10.00 – 16.00

Maraqlanan namizədlər mövzu yerində “Lizinq satışı üzrə mütəxəssis (Ərazinin adı qeyd edilməklə)” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Vakansiya tələblərinə uyğun olan namizədlərlə qısa zamanda əlaqə saxlanılacaqdır.