Show

26 Noyabr

"166 Yükdaşıma və Logistika" işçi axtarır – VAKANSİYA

166 Yükdaşıma və Logistika Korporativ satış üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.

İş barədə məlumat

• Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
• Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər təşkil etmək;
• Müştərilərin tələblərini nəzərə alaraq, uyğun təkliflər təqdim etmək;
• Xidmətlər haqqında müştərilərin bütün suallarını cavablandırmaq və dəqiq məlumat almasında köməklik göstərmək;
• Yeni müştərilərin cəlb edilməsi məqsədilə müxtəlif biznes nümayəndələri ilə görüşlər keçirmək;
• Korporativ müştərilərlə daim ünsiyyətdə olmaq, tələbatlarını öyrənmək, sorğu və təkliflərini aidiyyatı üzrə müvafiq strukturlara yönləndirmək;
• İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək;
• Gündəlik, həftəlik və aylıq hesabatları hazırlamaq.

Namizədə tələblər

• Ali təhsil;
• Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
• MS Office proqramlarında işləmək bacarığı;
• Dil bilikləri: Azərbaycan dili (əla), rus dili (əla), ingilis dili (arzuolunandır);
• Analitik təhlil bacarığı;
• Ünsiyyət qurma və komanda şəklində işləmək bacarığı;
• Fikrini dəqiq və əminliklə təqdim etmə bacarığı;
• Yeniliyə açıq və inkişafa meyilli.

Tələblərə uyğun olan namizədlər aşağıdakı link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:

//hr.166.az/vacancy2/detail?vacancyId=85