Show

23 Noyabr

"Texnomart" işçi axtarır – VAKANSİYA

"Texnomart" mağazalar şəbəkəsi Arçelik, Samsung, İndesit, Hotpoint, HITACHI və müxtəlif növ rəqəmsal və məişət texnikasının satışını həyata keçirir. O cümlədən "Texnomart" mağazalar şəbəkəsi avadanlıqların zəmanətli və post-zəmanətli təmirini həyata keçirir.

Bizim kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Vakansiya: Satış məsləhətçisi (“Bakıxanov” filialı)

Tələblər:

• Ali təhsil
• Azərbaycan dilini səlis bilməli (rus dilini bilməsi arzu olunandır);
• Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi olmalı;
• Aktiv, ünsiyyətcil və məsuliyyətli olmalı;
• Satış qabiliyyəti olmalı.

Vəzifələr:

• Əyani test edilməsi yolu ilə məhsulun işləmə üsulunu müştəriyə nümayiş etmək;
• Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı vaxtında öyrənmək və tədbiq etmək;
• Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək;
• Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək.