Show

12 Noyabr

PAŞA Sığorta” işçi axtarır – VAKANSİYA

“PAŞA Sığorta” ASC namizədləri “Təhlükəsizlik üzrə baş mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Vahid tələblərin və normaların müəyyən edilməsi, tətbiqi və zəruri nəzarətin təmin edilməsi;
• İş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin, təhlükəsizlik və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğun olmağını təmin edilməsi.
• İşçilərin təhlükəsizlik və əməyin mühafizəsi normaları və qaydaları üzrə təlimatlandırılmanın, biliklərin yoxlanılmasının təşkil edilməsi, təhlükəsizliyin təbliğinin təmin edilməsi;
• Təhlükəsizlik üzrə daha kiçik vəzifədə olan əməkdaşların fəaliyyətinə dəstək və nəzarət. Yanğın və fövqəladə hallar yarandığı zaman, müvafiq qaydalara əsasən işçilərin təhlükəsizliyinin təmin edilməsinə, binanın avadanlığın və əmlakın qorunmasına, həmçinin yanğına qarşı istifadə olunan vasitələrin sazlığının təmin edilməsinə nəzarət;
• Baş ofis, filiallar və region məntəqələrinin təhlüləsizlik kameralar ilə bağlı proseslərin icrasına nəzarət. Fəaliyyətin təkmilləşməsi üçün təhlil aparılması və təkliflərin verilməsi.
• Biznes davamlığı üzrə prosedur və proseslərinin təhlil aparılmasına, yoxlamasına və icrasına nəzarət edilməsi və təkmilləşməsi üçün təkliflərin verilməsi.
• Təhlükəsizlik üzrə illik fəaliyyət planın tərtib edilməsi, icrasına nəzarət edilməsi, icrasını təsdiq edən sənədlərin KİS-nə uyğun olmasına nəzarət edilməsi.
• Yeni gələn İşçilərə təhlükəsizlik normaları haqqında ilkin təlimatların keçirilməsi.,
• Şirkətin əməkdaşlarına “Biznes Davamlığı” üzrə və “Fövqalada hallar zamanı hərəkət” qaydaları üzrə təlimlərin keçirilməsi.
• Əməkdaşların “Fövqalada hallar zamanı hərəkət” qaydaların bilikləri yoxlaması məqsədi ilə daxili yoxlamanın keçirilməsi. Qənaətbəxş olmayan nəticələrin üstündə işləməsi.
• İstifadə edilən sənədlərin Keyfiyyət İdarə olunması Sisteminə uyğun qaydada qeydiyyatın aparılmasını, saxlanmasını, yenilənməsini təmin edilməsi;
• Təhlükəsizlik üzrə prosedur, formaların vaxtında yenilənməsinə və istifadə umun yerləşdirmə və kommunikasiyalara dəstək və nəzarət.
• “Performance” prosesi zamanı istiqamət üzrə nəticələri toplayıb, birbaşa rəhbərinə təqdim edilməsi.
• “Performance” prosesi zamanı öz KPİ-ları üzrə nəticələri toplayıb, müvafiq formaya daxil edib, birbaşa rəhbərinə təqdim edilməsi.
• Birbaşa rəhbərin və Departament rəhbərinin göstərişi ilə əlavə tapşırıqların həyata keçirilməsi.

BİLİKLƏR

• Ali təhsil.
• Azərbaycan, rus, ingilis dillərinin bilikləri.
• Excel proqramdan qabaqcıl istifadəçi bacarıqları:
• Təhlükəsizlik üzrə beynalxalq standartların bilikləri (aidiyatı üzrə srtifikatın olması).Əmək mühafizəsi və fiziki təhlükəsizlik üzrə dövlət standartların bilikləri (aidiyatı üzrə srtifikatın olması).
• Təhlükəsizlik üzrə təlimlərdə iştirak edilməsi, müvafiq sertifikatın olması.

TƏCRÜBƏ

• Təhlükəsizlik üzrə funksiyaların icrasında 3 il iş təcrübəsi

BACARIQLAR

• Ünsiyyət qurma bacarığı.
• İdarəetmə qabiliyyətinin olması,
• Məsuliyyətli, sərbəst və komanda ilə işləmək bacarığı,
• Nizam intizam ilə və planlı işləmək bacarığı.

Son müraciət tarixi: 30 noyabr 2020.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.