Biznesin inkişafı üzrə konsultant
Ümumi tələblər:
• Ali təhsil (Maliyyə, Marketinq);
• Tibbi sahə və dərman preparatları üzrə biliklər;
• Satış və ya marketinq üzrə 3-5 il iş təcrübəsi;
• Microsoft Office proqramlarından və 1C proqramından sərbəst istifadə bacarığı;
• Azərbaycan, Rus və İngilis dillərində danışıq qabiliyyəti;
• Dəqiqlik, operativlik;
Vəzifə öhdəlikləri:
• Yeni istehsalçıların müəyyən edilməsi, mütəmadi daxili və xarici bazarın monitorinqinin həyata keçirilməsi;
• Rəqiblərin qiymət və marketinq təkliflərinin müəyyən olunması;
• Marketinq və biznesin inkişafında yeni dərman preparatlarının araşdırılması;
• Yeni dərman şirkətlərinin və satış kanallarının müəyyən olunması, onlarla əməkdaşlığın təmin edilməsi;
• Bağlanılan müqavilələr üzrə qarşı tərəfin öhdəliklərinin icrasına nəzarət edilməsi;
• Proqnozlaşdırma prossesində iştirak edilməsi, büdcə və layihə üzrə hesabatların aparılması;
• Şirkətin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması;
• Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi;
• Analitik hesabatların hazırlanması;
İş şəraiti:
• İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93);
• 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
• Nahar şirkət tərəfindən təmin olunur;
• Əmək haqqı 1000-1500 manat;
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.