Nar Satış kanallarının strategiyası üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.
Vakansiya haqqında
İdarə: B2C Kommersiya
Şöbə: Satış Kanallarının Strategiyası və Xidmətləri
İş yeri : Port Baku Cənub Qülləsi
İş müddəti : Daimi
İş qrafiki : standart
Son müraciət tarixi: 11.11.2020
Sizin əsas vəzifə öhdəlikləriniz:
*Satış kanalları və xidmət mərkəzlərinin performansını monitorinq etmək
*Müvafiq hesabatlar hazırlamaq (həftəlik/aylıq/rüblük)
*Pərakəndə satış kanalları və xidmət nöqtələri üzrə təlimatların yaradılmasını təmin etmək
*Mütəmadi olaraq müvafiq prosesləri yeniləmək və izləmək
*Müvafiq təlimatlar vasitəsilə müxtəlif satış kanallarında və xidmət nöqtələrində yüksək səviyyəli müştəri təcrübəsini təmin etmək və ölçmə metodlarını monitorinq etmək
*Satış kanallarının işinin yüksək səviyyədə təşkil edilməsinə mane olan proqram təminatı üzrə gecikmələrin aradan qaldırılması üçün lazımi tədbirlər görmək
*Həvalə olunmuş layihələri idarə etmək
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
*Ali təhsil
*Satış sahəsi üzrə ən azı 2 il iş təcrübəsi
*Layihələrin idarə edilməsi, müştərilərlə əlaqələr, partnyorlarla işləmə təcrübəsi üstünlük hesab olunur
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
*Müştəriyönümlü
*Komanda işi və əməkdaşlıq
*Nəticəyönümlü
*Analitika qabiliyyəti
*Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili biliyi üstünlük hesab olunur)
*MS Office proqramlarını mükəmməl bilmək
Müraciət etmək üçün
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Mövzu hissəsində “Satış kanallarının strategiyası üzrə mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.