Show

05 Noyabr

"Group Motors" işçi axtarır – VAKANSİYA

Group Motors şirkətlər qrupu Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru və Toyota avtomobil brendlərinin rəsmi distributeridi. Hal hazırda şirkət “Mexaniki bölmənin supervayzeri” vəzifəsinə işçi qəbulu elan edir.

Vəzifə öhdəliklər:

· Müştəriylə razılaşdırılmış siyahıya uyğun işlərin bütün növlərinin icrasını təmin edir;
· Təmir briqadasının işçilərinin işçi yüklünü bölür. İşlərin icra vaxtına, təmir texnologiyalarına riayət edilməsinə nəzarət edir. Boşdayanma vaxtının azaldılmasına çalışır;
· Əmək intizamına, iş yerində davranış standartlarına, təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə nəzarət edir. Briqada işçilərinin mükafatlandırılması və cəzalalandırılması haqqında rəhbərə məlumatlar verir, iş/məzuniyyətlər qrafikini planlaşdırır;
· Mürəkkəb və ya xüsusi ixtisaslaşdırılmış iş növlərinin yerinə yetirilməsi üçün subpodrat briqadaların (tornaçı, qaynaqçı və s.) cəlb edilməsi üçün təşəbbüs edir;
· Biliklər və bacarıqlar tələb edən xüsusi çətin hallarda təmir işlərinin icra edilməsi üzrə texniki dəstək göstərir;
· İşçilərin texniki biliklərinin artrılması və treninqlərdə iştirak etməsi üçün təkliflər hazırlamalı;
· Zəruri olduqda müştəriylə əlaqə yaradır, avtomobil markasının texniki quruluşunu və istismarını izah edir.
· Briqadanın üzvlərinin gündəlik işçi əməkdaşlığını nizamlayır, ehtiyac olduqda mübahisəli vəziyyətləri və münaqişələri həll edir;
· Universal və xüsusi alətlərin, avadanlıların qəbulunu, saxlanmasını, verilməsini təşkil edir. İstehsalçının xüsusi alətlərinin lazımi saxlanmasını, qeydiyyata alınmasını və silinməsini təmin edir;
· İnventarın, kimyəvi reaktivlərin, xüsusi iş paltarlarının, tez işlənən materialların alınmasını, lazımi qaydada silinməsini yerinə yetirir. Anbarda lazımi saxlanma qaydasını təmin edir;
· Avtomobillərin (və ləvazimatların) qorunmasını, onların servisdə təmir dövründə saxlamasını təmin edir;
· Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək.

Namizədlərə tələblər:

· Yaş: 20-40;
· Ali texniki təhsil;
· İstehsalçının vəzifəyə uyğun peşəkar sertifikatının mövcudluğu;
· İstehsalçı markası üzrə ən azı 5 illik iş təcrübəsi;
· Biznes idarəetmə keyfiyyətləri;
· Azərbaycan və rus dillərini bilməli, ingilis dili üstünlükdür;
· MS Office proqramlarında işləmə bacarığı;
· Motivasiyalı və digərlərinə motivasiya verə bilmə qabiliyyəti;
· Təqdimat üsulları bacarığı;
· Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalısı.

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə " Mexaniki bölmənin supervayzeri " qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərsinlər.