AccessBank Elektrik vəzifəsinə işçi axtarır.
Vəzifə öhdəlikləri:
• Elektrik təchizatı ilə əlaqədar cari işlərin icrası. Bu işlərə lampaların, köhnə elektrik naqillərinin dəyişilməsi, elektrik cihazlarının və qurğularının şəbəkəyə qoşulması kimi işlər aiddir.
• Bankın, Azərbaycanın müxtəlif şəhərlərində və regionlarında yerləşən yeni filiallarında və binalarında elektrik xəttlərinin çəkilməsi.
• İş prosesinin effektivliyini yüksəltmək məqsədi ilə zəruri məsləhətləşmələrin aparılması.
• Bankdakı elektrik cihazlarından və qurğularından istifadə qaydaları və minimal təhlükəsizlik tələbləri ilə tanışlıq məqsədi ilə bankın işçi heyəti üçün zəruri təlimatların keçirilməsi.
Tələblər:
• Elektrik ixtisası üzrə xüsusi texniki təhsil, ən azı 3-cü elektrik dərəcəsi və ya səlahiyyətli təşkilatlarda attestasiya;
• Ən azı 2 il müddətində ixtisas üzrə zəruri iş təcrübəsi;
• Avtomatika sisteminin ümumi anlayışı;
• Elektrik şitlərinin avtomatikasının yığılması;
• Generatorların servisi;
• Ümumi elektrik xətlərinin yığılması;
• Montaj - demontaj işləri;
• UPS servisi;
• Stabelizatorların yığılması;
• Generatorların AVR sisteminin qoşulması;
• Azərbaycanın regionlarına səfər etmək imkanı.
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.