Show

03 Noyabr

\"Veysəloğlu\" işçi axtarır – VAKANSİYA

Veysəloğlu Şirkətlər Qrupu “Müqavilələr” və “Vergi və Gömrük məsələləri” üzrə “Baş Hüquqşünas” vakansiyalarını elan edir.

Namizədə tələblər:

- hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üzrə ali təhsil və / və ya sahə üzrə xaricdə təhsil alan namizədlərə üstünlük veriləcək)
- hüquq sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi
- namizəd AR-nın mülki (xüsusilə əqdlər, korporativ hüquq daxil olmaqla), inzibati, əmək, valyuta tənzimi, mülki və inzibati prosessual qanunvericiliyini mükəmməl bilməlidir; bunların fonunda əsas etibarilə vergi ve gömrük hüququnun nəzəri hissələrini mükəmməl bilməlidir
- namizədin gömrük və vergi hüququ sahəsində təlimatların, qaydaların yazılması sahəsində təcrübəsi olmalı, yerli ve beynəlxalq qanunvercilikdə gömrük ve vergi hüququ sahəsində dəyişikliklərdən xəbərdar olmalı, vergi ve gömrük hüququ sahəsində xüsusi təcrübəsi olmalıdır (həmin orqanlarda işləmiş olmalı və ya həmin orqanlarda keçirilən təlimlərdə iştirak təcrübəsi olmalıdır)
- namizəd müqavilələri, o cümlədən beynəlxalq müqavilələri və sazişləri hazırlamaq, müqavilələrin hüquqi ekspertizasını yüksək səviyyədə aparmaq bacarığına malik olmalıdır
- yüksək məntiq və hüquqi analiz qabiliyyəti
- yüksək yazı və nitq qabiliyyəti
- rus dilini əla, ingilis dilini orta səviyyədə bilən namizədlərə üstünlük veriləcək
- işlə bağlı ölkə daxilində və xaricində ezamiyyətə gedə bilməlidir.

Maraqlanan namizədlər mövzu hissəsində “Baş Hüquqşünas” qeyd etməklə öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.