Show

30 Oktyabr

\"NAR\" işçi axtarır – VAKANSİYA

NAR Sosial media marketinqi üzrə mütəxəssis vəzifəsinə işçi axtarır .

Vakansiya haqqında

İdarə: B2C Kommersiya
Şöbə: Marketinq Ünsiyyət Vasitələri
İş qrafiki : Standart
İş müddəti : Daimi
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi: 07.11.2020

Sizin əsas vəzifə öhdəlikləriniz:

*Şirkətin sosial media kanallarını idarə etmək
*Üçüncü tərəf şirkətlərin sosial media marketinq üzrə fəaliyyətini idarə etmək
*Həftəlik / aylıq / illik sosial media planını hazırlamaq
*Brend və ya marketinq fəaliyyətlərinin müvafiq kampaniyalar vasitəsilə sosial mediada yerləşdirilməsini təmin etmək
*Müvafiq hesabatlar hazırlamaq və onları rəqiblərlə/keçmiş göstəricilərlə müqayisə etmək
*Sosial platforma və brendlərin izlənilməsi üzrə vasitələri təhlil etmək
*Sosial media trendlərini və uğurlu layihələri izləmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi:

*Ali təhsil (Marketinq sahəsində Ali təhsil üstünlük hesab olunur)
*Rəqəmsal marketinq və ya sosial media marketinqi üzrə ən azı 3 il iş təcrübəsi (Telekommunikasiya və reklam agentliyi üzrə iş təcrübəsi üstünlükdür)

Sizdən tələb olunan bacarıq və səriştəliklər:

*Kopiraytinq bacarığı
*Təşəbbüskar və yaradıcı
*Nəticəyönümlü
*Müasir rəqəmsal texnologiyalar haqqında məlumatlı olmaq və onlayn araşdırma aparma bacarığı
*Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı
*Azərbaycan, Rus və İngilis dillərini mükəmməl bilmək
*MS Office proqramlarını bilmək
*Facebook Business Manager and Google Analytics proqramlarını bilmək
*Müxtəlif SM reklam platformalarını bilmək (YouTube, LinkedIn, Twitter etc.)

Müraciət etmək üçün

CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Sosial media marketinqi üzrə mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.