“Bizim Market” Kateqoriya meneceri – (Qida üzrə) vəzifəsinə işçi axtarır.
Tələblər
• Ali təhsilli olmalı;
• Uyğun sahədə bu vəzifə üzrə iş təcrübəsi ən azı 1 il
• Dil bilikləri: Azərbaycan dili sərbəst, rus və ingilis dili arzu olunandır
• MC Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
• Məsuliyyətli və güclü analitik, idarəetmə qabiliyyətli
İş haqqında məlumat:
• İdarə etdiyi məhsul/markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq, layihələr həyata keçirmək, eyni zamanda cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək,
• Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarını təqib edərək, öz təklifləri ilə məruzə etmək;
• Marka/məhsul performansını müşahidə edərək təhlil etmək;
İş şəraiti
• 5 günlük iş həftəsi
• Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur
• Əmək haqqı 1200 AZN + Əlavə olaraq satışdan bonus (Əmək haqqı namizədin bilik və bacarıqlarına görə dəyişir)
Vakansiyaya müraciət üçün CV-ləri “Kateqoriya meneceri (Qida üzrə)” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.