“PAŞA Sığorta” ASC namizədləri Rəqəmsal Marketinq üzrə Baş Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə öhdəlikləri
- Rəqəmsal marketinq ehtiyaclarını anlamaq üçün məhsul komandaları ilə birgə çalışmaq və uyğun marketinq strategiyasının tərtib olunması
- Ən yüksək ROI-yə sahib müştəri səyahətləri boyunca(tanınmanı artırma, aktiv qiymətləndirmə və loyallıq) performansı artırmaq üçün rəqəmsal marketinq təşəbbüsləri portfelini tətbiq etmək
- Lidlər yaratmaq və satışı artırmağa dəstək olmaq üçün orqanik, ödənişli sosial, e-poçt, PPC, displey şəbəkəsi, SEO və «affiliate» marketinq kanallarını təkmilləşdirmək
- Rəqəmsal marketinq və müştəri səyahəti təkmilləşdirmə boyunca viuzal dizaynlarda davamlılığı təmin etmək
- Rəqəmsal marketinq materiallarının tələblərə uyğun qaydada yaradılmasını təmin edərək təchizatçılar və agentliklərlə işləri koordinasiya etmək
- Şirkətin mövcud rəqəmsal məhsullarının idarə olunması
- Rəqəmsal marketinq kampaniyalarının nəticələrinin ölçülməsi məqsədilə analizlərin həyata keçirməsi
Təhsil və Təcrübə
- İqtisadiyyat üzrə bakalavr və ya daha yüksək səviyyədə təhsil(marketinq, biznes və ya maliyyə sahəsində təhsil arzuolunnadır)
- Rəqəmsal marketinq üzrə minimum 3 illik iş təcrübəsi
Son müraciət tarixi: 15 noyabr, 2020-ci il
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.