Avrora “İstehsal Planlaması üzrə Mütəxəssis” işçi axtarır.
İşin qısa təsviri :
İstehsal proqnozları, planlar və öncəki dövrlərə aid məlumatların analiz edilməsi, dövri olaraq məlumatların yenilənməsi, xammal və material hissələrinin təslim müddətinə uyğun olaraq təyin edərək sifarişlərin formalaşdırmaq, Hazır məhsul, xammmal və material qalıqlarının yetərli olmasına nəzarət etmək, İstehsal vəziyyətinin , xammal məsrəflərinin həftəlik və aylıq olaraq plan, fakt analizini tərtib etmək
Sizin əsas vəzifə öhdəlikləriniz :
• İstehsal proqnozları, planlar və öncəki dövrlərə aid məlumatların analiz edilməsi, dövri olaraq məlumatları yeniləmək;
• Proqnoz və marketinq tədqiqatları əsasında müəyyən edilmiş məlumatlara əsaslanaraq tələb planlaşdırmanı həyata keçirmək və gərəkli sifarişlərin sistem üzərində sifariş edilməsini təmin etmək;
• Xammal və material hissələrinin təslim müddətinə uyğun olaraq təyin edərək sifarişlərin formalaşmasını təmin etmək;
• Hazır məhsul, xammmal və material qalıqlarının yetərli olmasına nəzarət etmək;
• İstehsal vəziyyətinin , xammal məsrəflərinin həftəlik və aylıq olaraq plan, fakt analizini tərtib etmək;
• Bağlı olduğu rəhbərinə günlük, həftəlik, aylıq, rüblük və illik raport və hesabatları hazırlayıb təqdim etmək;
Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar :
• Qida istehsalı sahəsində məlumatlı olmalı;
• Analitik düşünmə qabiliyyətinə malik olmalıdır;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
Sizdən tələb olunan təhsil və iş təcrübəsi :
• Təhsil : Ali təhsil (İstehsalat mühəndisliyi/ İqtisadiyyat/ İdarəetmə sahələri üzrə);
• İş təcrübəsi Minimum 1-3 il planlama üzrə təcrübə;
• Dil bilikləri : İngilis və Rus dilləri (orta səviyyədə);
• Kompüter bilikləri : MS Office və LOGO Enterprise.
Bizim iş şərtləri :
• İş qrafiki : Tam iş günü (5 gün);
• İş saatları: 08:00-17:00;
• İş yeri : Hökməli qəs;
• Nahar şirkət tərəfindən təmin olunur.
Biz nə təklif edirik :
• Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
• Təlim və inkişaf proqramlarının geniş çeşidi;
• Mükəmməl peşəkar komanda və mehriban mühit;
• Sağlamlıq və həyat sığortası.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ İstehsal planlaması üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.