Show

15 Oktyabr

"Bizim Market" işçi axtarır – VAKANSİYA

“Bizim Market”  İdxal üzrə şöbə rəhbəri: (Qida məhsulları) vəzifəsinə işçi axtarır.

Namizədə olan tələblər:

• Ali təhsil (təhsilin maliyyə,gömrük, biznesin idarə olunması və mühasibat sahəsində olması üstünlükdür)
• İdxal əməliyyatları üzrə minimum 3 il təcrübə
• Riyazi analitik qabiliyyət
• Vergi, İdxal və Gömrük üzrə biliklər
• MS Office proqramlarında (xüsusi ilə excell) sərbəst işləmək bacarığı
• Xarici dil bilikləri (Rus, İngilis)
• Komanda idarə etmək bacarığı, yaradıcı və innovativ yanaşmalara açıq olan
• Məsuliyyət götürmək, təşəbbüskarlıq, ixtisasını daimi təkmilləşdirən
• Müştərilərlə ünsiyyət qurma və münasibətlərin idarə edilməsi bacarığı

İş haqqında məlumat:

• Yerli və Xarici bazarın araşdırılması
• İdxal əməliyyatları istiqamətində danışıqlar, yazışmalar aparmaq
• Xarici şirkətlərlə əməkdaşlığın qurulmasını təşkil etmək
• Sifariş olunan mal və xidmətlərə görə qiymətlərin alınması və sərfəli qiymətin müəyyənləşdirilməsi
• İdxal əməliyyatları xidmətləri üzrə müqavilələrin hazırlanmasını təşkil etmək
• İdxal əməliyyatı xidmətləri üzrə rəhbərliyin həvalə etdiyi digər funksiyalar

İş şəraiti:

• 5 günlük iş həftəsi
• Əmək haqqı namizədin bilik və bacarıqlarına görə dəyişir
• Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur

Vakansiyaya müraciət üçün CV-ləri “İdxal üzrə şöbə rəhbəri” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.