Show

06 Oktyabr

"YapıKredi Bank" işçi axtarır – VAKANSİYA

YapıKredi Bank Kreditlərin İdarəedilməsi Departamenti / Korporativ, Kommersiya və KOS Kredit İzləmə şöbəsi / mütəxəssis / aparıcı mütəxəssis vəzifəinə işçi axtarır.

Vəzifəyə olan tələblər:

• Ali təhsil (iqtisadiyyət/maliyyə təhsili);
• Bank sektorunda ən azı 2 il iş təcrübəsi;
• Yaxşı səviyyədə Ms Office proqram bilikləri;
• Azərbaycan dilində səlist danışıq qabiliyyəti;
• Ingilis dili bilikləri;
• Komandada işləmək bacarığı;
• Diqqətli olmaq;
• Vaxtı idarəetmə qabiliyyəti;
• Müştərini dinləmə və istiqamət vermə bacarıqları;
• Ünsiyyət və münasibət qurma bacarıqları;
• Problemləri həll etmə bacarığı.

Funksional Öhdəliklər:

• Borcalanlar və onların fəaliyyəti ilə bağlı bütün risk-yönümlü məlumatları əldə etmək, maliyyə təsərrüfat fəaliyyətini dövrlər üzrə müqayisəli təhlil etmək və bu əsasda müştərilərin borclarını ödəmə qabiliyyətini qiymətləndirmək və müştəriləri təsnifat qrupları üzrə bölmək;
• İzləmə prosesinə daxil olan korporativ/kommersiya kredit təkliflərini qiymətləndirmək və qiymətləndirmə nəticələrini şöbə rəhbərinə təqdim edərək kredit rəyin yaradılmasında köməklik göstərmək;
• Əvvəlcədən təyin edilmiş hədəflərə uyğun olaraq problemli kreditlərin azaldılması yönündə işlərin görülməsi və lazım gəldikdə müştəri ziyarətlərini yerinə yetirmək;
• Yığıncaqlara qoşularaq iş axışlarının sağlam və nizamlı bir şəkildə işləməsini təmin etmək;
• Kredit risklərinin idarəolunmasına aid qanunvericilik və normativ hüquqi aktlarda olan son dəyişiklikləri izləmək, buna müvafiq bankdaxili qaydalar, prosesslər və metodologiyalardan məlumatlı olmaq və iş prosesində tətbiq etmək.

CV-lərinizi [email protected] email ünvanına göndərmənizi xahiş edirik.