Show

30 Sentyabr

"Beynəlxalq Bank" işçi axtarır -VAKANSİYA

Azərbaycan Beynəlxalq Bankı İnformasiya texnologiyaları departamentinin İT infrastrukturların idarə edilməsi şöbəsinə  Tətbiqi sistemlər üzrə inzibatçı vakansiyası elan edir.
Özünə və peşəkar bacarıqlarına güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 
Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
Gənc və peşəkar kollektivdə çalışmaq imkanı 
Yüksək komanda ruhunda əməkdaşlıq;
Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;  
Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
Bankdaxili aktiv sosial həyat.
 
Görəcəyiniz işlər:
Application serverlərin idarə edilməsi;
Yeni serverlərin qurulması, idarə olunması və bank sistemlərində  yeni  fuksionalığın dəstəklənməsi
Bank sistemlərin inkişafı və optimizasiyası üçün yaradıcı təkliflərin verilməsi;
Application serverlərin qurulması, konfiqurasiya olunması (IBM WebSphere, Oracle Weblogic, Apache HTTP);
Application serverlərin monitorinqi;
Nəzarət mexanizmlərinin avtomatlaşdırılması;
Funksional işlərin test edilməsi.
 
 
Bizim üçün ideal namizəd:
Müvafiq sahədə minumum 2 il iş təcrübəsi;
Bank sahəsi üzrə iş təcrübəsli (arzu olunandır);
Əməliyyat sistemləri üzrə biliklərə sahib: Windows, Linux, Unix;
Texniki səviyədə İnqilis dili, Rus dili (arzuolunandır);
Komandada işləmək bacarığına malik və məsuliyyətli şəxsdir.
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Tətbiqi sistemlər üzrə inzibatçı” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
 
Əlavə məlumat üçün: www.ibar.az