“EmbaFinans” QSC İstehlak Kreditləri üzrə Kiçik Mütəxəssis vəzifəsinə işçi axtarır.
İŞ ŞƏRAİTİ:
- İş qrafiki: həftədə 6 gün (Bazar ertəsi – Şənbə)
- Əmək haqqı: Gross 362 AZN+ verilən kreditlərin məbləği və portfel qalığına görə aylıq bonus.
- Əmək qanunvericiliyinə uyğun sənədləşmə;
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil; (Maliyyə, İqtisadiyyat, Bankçılıq, Menecment və s.);
- Bank və ya bank olmayan kredit təşkilatında 1 il iş təcrübəsi; (təcrübə mütləq deyil);
- Əla səviyyədə Azərbaycan dili biliyi, İngilis və Rus dili arzu olunandır;
- MS office proqramlarında ( Word, Excel, Outlook ) yüksək səviyyədə işləmək bacarığı;
- Analitik düşüncə, Ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
İŞİN TƏSVİRİ:
- Kredit müraciətlərinin qəbulu və analizi;
- Bankın kredit məhsulları barədə müştərilərin məlumatlandırılması;
- Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
- Keyfiyyətli kredit portfeli formalaşdırmaq və portfeli idarə etmək;
- Ümumi fəaliyyətə dair hesabatlar hazırlamaq;
- Verilmiş kreditlərin monitorinqinin aparılması;
Maraqlanan namizədlər CV-ni mövzu hissəsində “İstehlak kreditləri üzrə kiçik mütəxəssis” qeyd edərək, [email protected] email ünvanına göndərə bilər.