“Bank Respublika” ASC Risklərin İdarəedilməsi Departamentində “Əməliyyat risklərinin idarə edilməsi üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.
Artıq 28 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
- Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması;
- Risk nəzarət və özünü qiymətləndirmə alətinin tətbiqi;
- Risk nəzarət matrisasının hazırlanması və dövri olaraq yenilənməsi;
- Risk və insidentlərin idarə edilməsi sisteminin təşkili;
- Bankdaxili normativ sənədlərin, məhsul və xidmət passportlarının, risk nəzarət mexanizmlərinin nəzərdən keçirilməsi və müvafiq rəyin verilməsi;
- Stress testlərin keçirilməsi və ssenari analizlərinin aparılması;
- Əməliyyat risklərinin idarə edilməsi prosesində risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımı hesabatların tərtib olunması;
- Əməliyyat risklərinin idarə edilməsində analitik, təhlil yönümlü yanaşmalardan istifadə edilməsi;
- Proseslərin təhlili, risk faktorlarının aşkar edilməsi və qiymətləndirilməsi;
- Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşının alınmasıı ilə bağlı təkliflərin verilməsi.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Əməliyyat risklərinin və biznes proseslərinin təhlili, daxili audit və daxili nəzarət istiqamətləri üzrə minimum 1 il iş təcrübəsi;
- Biznes proseslərinin tənzimlənməsi barədə qanunvericilik aktları və AR Mərkəzi Bankının müvafiq normativləri və qaydaları barədə biliklər;
- Zərurət olduqda monitorinq, qiymətləndirmə və ya təlimlərin keçirilməsi məqsədilə şəhər və region filiallarına səfərlər edə bilməsi;
- MS Excel, PowerPoint və Word proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti;
- Azərbaycan dili mükəmməl olmalıdır, rus və ingilis dilləri arzuolunandır.
İş şərtləri
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
- Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 02 oktyabr 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Əməliyyat risklərinin idarə edilməsi üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.