Show

17 Sentyabr

"Azsığorta" işçi axtarır – VAKANSİYA

AzSığorta Neftçala rayonu üzrə sığorta nümayəndəsi vəzifəsinə işçi axtarır.

Əsas vəzifə öhdəlikləri:

• Sığorta məhsullarının satışı;
• Satış planının həyata keçirilməsi;
• Potensial müştəri bazarının təhlili;
• Yeni müştərilərin cəlb edilməsi.

Namizədə tələblər:

• Ünsiyyətçilik, yüksək səviyyədə nitq qabiliyyəti;
• Təqdimat bacarığı;
• Satış işinə həvəsli olması;
• Fikirlərini aydın şəkildə çatdırmalı və qarşısındakı şəxsin sığortaya baxışını yönəltmə bacarığı olmalıdır.

Əmək haqqı - İşçinin təcrübəsindən və onunla razılaşdırılacaq biznes plandan asılı olaraq müsahibə zamanı müəyyən edilir.

İş üçün müraciət qaydası

Sığorta və Bank sahəsində satış üzrə təcrübəsi olan namizədlərdən CV-lərini mövzu sətrində “ Neftçala rayonu üzrə sığorta nümayəndəsi” qeyd edərək [email protected] elektron ünvanına göndərməyi xahiş edirik. Mövzu hissəsi boş olan CV-lərə baxılmayacaq.